
Azərbaycanla sülh sazişi imzalanarsa, Türkiyə ilə Ermənistanın... - ŞƏRH
Yusif Nəzərli
11:33 12.10.2024
Siyasət
757
Adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır
“Ermənistan səhərlər özünü qərbyönlü, günorta iranyönlü, axşam isə rusiyayönlü kimi göstərir. Lakin Nikol Paşinyanın prioriteti Türkiyədir”. Bunu erməni politoloq Vigen Akopyan deyib. O bildirib ki, bu hökumətin geosiyasi prioriteti Türkiyədir. Akopyanın sözlərinə görə, anti-Rusiya və qərbyönlülük sadəcə reallığı gizlətmək üçün fondur: "Hökumət başçısı dəfələrlə özünün real prioritetlərini göstərib". Akopyan deyir ki, Qərb Paşinyanın hakimiyyətdə olmasından maksimum istifadə etməyə çalışsa da, ona ciddi yanaşmır: “Qərb anlayır ki, Paşinyanın başlatdığı işi sona çatdıra bilməyəcək. Paşinyan isə onun hakimiyyətdə qalmasında yeganə maraqlı tərəfin Türkiyə olduğunu bilir. Buna görə də Ərdoğanla görüşünü öz qələbəsi hesab edir. Onun fikrincə, bu görüş sayəsində Ərdoğanın simasında siyasi ata qazana bilib”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az”a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanı Rusiyanın cəngindən tam çıxartmaq istəyir və bu yöndə fəaliyyət göstərir. Ekspert vurğulayıb ki, Ermənistanın KTMT və MDB çərçivəsində bir sıra tədbirlərə qoşulmaması, ötən gün Moskvada bəyannamələrə imza atmaması, Rusiyayönümlü şəxslərin hakimiyyətdən uzaqlaşdırılması da bunun bariz nümunəsidir:

"Amma bütün hallarda Ermənistanı Rusiyadan qopartmaq hələki çətindir. Çünki Ermənistan dövləti həmişə Rusiyanın vilayəti kimi fəaliyyət göstərib. Paşinyana qədər Ermənistana rəhbərlik etmiş şəxslərin hamısı Rusiyanın bölgə valisi olublar. Moskvanın bütün tapşırıqlarını icra ediblər. Hətta Ermənistanın enerji sektoru, dövlət müəssisələri Rusiyanın əlində, nəzarətindədir. Ermənistan sərhədləri Rusiya sərhədçiləri tərəfindən qorunur. Bunlar göstərir ki, Ermənistan tam olaraq Rusiyanın nəzarəti altında olub. Azərbaycan torpaqlarının işğal olunmasının əsas səbəbkarı da Rusiya olub. Rusiyanın açıq dəstəyi, diktəsi və tapşırığı ilə ermənilər Azərbaycan torpaqlarını işğal etmişdilər. Paşinyanın hakimiyyətə gəlişindən sonra Ermənistanı Rusiyanın nəzarətindən çıxartmağa çalışması göz önündədir".
S.Əsədli vurğulayıb ki, baş nazir qərbyönlü siyasətə üstünlük verir və çalışır ki, qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə normal münasibətlər qurulsun: "Paşinyanın Qarabağla bağlı atdığı addımlar da ortadadır. Görünən odur ki, bu adam erməniləri xəyal dəryasından oyadıb, reallığa qaytarmaq istəyir və bu istiqamətdə addımlar atır. Amma Rusiyanın Ermənistandakı dayaqları o qədər güclüdür ki, bunu çətinliklə həyata keçirir və əngəllərlə üzləşir. Paşinyan bilir ki, ermənilərin bölgədə normal yaşaması üçün iki əsas məqam var. Birincisi, Türkiyə ilə sərhədlərin açılması, ikincisi isə Azərbaycanla sülh müqaviləsi bağlanmalıdır. Paşinyan bu yöndə addımlar atsa da, daxildən təzyiqlərlə üzləşir və verdiyi sözlərin əksəriyyətini yerinə yetirmir. Çünki Rusiya hər vəchlə İrəvan hökumətinin qarşısını almağa çalışır. Yəqin ki, zamanla problemlər öz həllini tapacaq. Azərbaycanla sülh sazişi imzalanarsa, Türkiyə ilə Ermənistanın sərhədləri də açılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya