Bakı İrəvanı sülh müqaviləsinə tələsdirir - RƏY
12:33 16.09.2023
Siyasət
421
Növbəti proseslər Ermənistanın Azərbaycanın təkliflərinə verəcəyi reaksiyalardan asılı olacaq
Məlum olduğu kimi Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı yeni təkliflər göndərib. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, İrəvan həmin təkliflərə qısa zamanda cavab verəcək. Bəzi ekspertlərin fikrincə, Azərbaycanın təqdim etdiyi yeni plan əvvəlki beş baza prinsipi üzərində inkişaf etdirilən detallı bir sənəd ola bilər. Həmin dövrdən bu yana həm ABŞ, həm Avropa İttifaqı, həm də Rusiyanın təşəbbüsləri ilə keçirilən danışıqlarda əlavə razılıqlar əldə edilib.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, rəsmi Bakı yeni sülh sazişi təkliflərini həmin razılıqlar əsasında formalaşdırır. Üstəgəl, Qarabağda və Şərqi Zəngəzurdan Ermənistana açılan qapılar üzrə hərbi-strateji nəticələr də əldə edir:
"Deməli, Bakının sülh gündəliyi ilə bağlı Ermənistana yeni təkliflərindəki siyasi təzyiqedici xarakterlər daha da güclənib. Çünki bu yaxınlarda Paşinyan Azərbaycanla yaşanan hərbi-siyasi gərginliklərin fonunda ölkəsinin danışıqlara hazır olduğunu bəyan etmişdi. Bu, baş nazirin çarəsizliyini simvolizə edir. İkinci bir məsələ Rusiyanın, hətta İranın Ermənistana təzyiqlərini artırmasıdır. Yəni ki, bunlar Bakıya sülhyaratma əməliyyatlarında alternativ ideyalar verir. Azərbaycan baza versiyanı təkmilləşdirərək onun hər bəndini detallı formada Ermənistana qəbul etdirməkdə israrlıdır. Sülh gündəliyinin fonundakı Azərbaycanın yeri Ermənistanla sərhəd boyunca baş verən insidentlərin müşayiəti ilə möhkəmlənir".
A.Kərimov vurğulayıb ki, yəni artıq Qazaxın yeddi kəndinin və Naxçıvanın Kərki kəndinin geri qaytarılması üçün konkretləşdirici formullar yeni sənədə salına bilər: "Diqqət yetirilməli nöqtələrdən biri də Zəngəzur dəhlizi layihəsidir. Artıq Türkiyədən də koridorun açılması üçün həm xəbərdaredici, həm də əməkdaşlığa təşviq edəcək siqnallar verilir. Bu, diplomatik-siyasi düsturlardır, Ermənistanın seçim etməsi üçün şansdır. Təbii ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmiləşdirən sənəd təqdim etməsə, yalnız manipulyasiyalarla məşğul olmağa davam etsə, onun üçün fəlakətli nəticələr olacaq. Deməli, Azərbaycan sülh müqaviləsi üçün çərçivə şəklində sənəd imzalanması istiqamətində Ermənistanı tələsdirir. Növbəti proseslər Ermənistanın Bakının sülh təkliflərinə verəcəyi reaksiyalardan asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm