Bakı Təşəbbüs Qrupu petisiya başladıb
Bakı Təşəbbüs Qrupu petisiya başladıb
12:41 27.02.2024
Siyasət
386
Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi “Dekolonizasiya: İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb.
Petisiyada Fransa Prezidenti E. Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur.
Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil.
Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə Afrikalı gənclərlə görüş zamanı bildirmişdir ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və 5 il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi.
Həmin vaxtdan 7 il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməmişdir.
Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artifaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur.
Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır.
İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər.
Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir.
https://www.change.org/p/civil-society-demands-france-restitute-african-cultural-
properties?recruiter=1157532320&recruited_by_id=17c39000-10a6-11eb-8dd9-
bd35daba6603&utm_source=share_petition&utm_campaign=share_petition&utm_medium=copyli
nk&utm_content=cl_sharecopy_37904228_tr-TR%3A3
https://secure.avaaz.org/community_petitions/en/france_government_civil_society_demands_fra
nce_restitute_african_cultural_properties_3/
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi
Rubio Gilmanın azadlığa buraxılmasına görə Rusiyaya təşəkkür etdi
21:26 11.08.2026
Dünya
Bakının bu rayonlarında qaz olmayacaq
21:12 11.08.2026
Cəmiyyət