"Bakının irəli sürdüyü sülh təklifi Ermənistan üçün növbəti şansdır” - Partiya sədri
08:30 22.03.2022
Siyasət
490
“Rəsmi İrəvanın Azərbaycanın iki ölkə arasında sülhlə bağlı təklifində yer alan müddəalara qeyri-konstruktiv və mübahisəli cavab verməsi gözlənilən idi”.
Bunu “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu aralar ciddi-cəhdlə özünü “sülhpərvər” kimi göstərməyə çalışsa da, köklü sülhə meylli olmadığı ortadadır:
“Azərbaycan sülh sazişi üçün hər hansı ilkin şərt irəli sürmür. Azərbaycanın iki dövlət arasında münasibətlərin normallaşmasına dair qarşı tərəfə təqdim etdiyi təklif məktubunda yer alan məqamlar, müddəalar ilkin şərt deyil, baza prinsipləridir. Ermənistan rəhbərliyi elementar həqiqəti dərk etməlidir ki, istənilən sülh danışıqları məhz baza prinsipləri əsasında aparılır. Baza prinsipləri olmadan necə sülh müqaviləsi imzalamaq olar? Bu, absurddur. Azərbaycanın mövqeyi budur ki, Ermənistan onun təklif etdiyi, irəli sürdüyü baza prinsipləri ilə tanış olub bu prinsipləri qəbul edərsə, sülh danışıqlarına start verilə bilər. Tərəflər məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Azərbaycanın bu mövqeyi kifayət qədər rasional və ədalətli mövqedir. Rəsmi Bakı hətta bir qədər də irəli gedərək və konstruktivlik nümayiş etdirərək bəyan edib ki, əgər Ermənistan da məsələyə ciddi şəkildə yanaşırsa, o zaman konkret təkliflərini təqdim etməlidir. Biz bundan artıq daha nə etməli, hansı güzəştlərə getməliyik ki, Ermənistan tərəfi ənənəvi cığallığından və destruktivliyindən əl çəkib real sülh danışıqlarına başlamağa hazır olduğunu ortaya qoysun? Məgər Ermənistanın nazıyla oynamalıyıq? Azərbaycanın səbrinin də, güzəştlərinin də bəlli bir limiti var. Ermənistan Azərbaycanın səbrini tükəndirmək mövqeyindən əl çəkməlidir, pərdəarxası oyunlara da son qoyulmalıdır”.
Ə.Hüseynov vurğulayıb ki, rəsmi İrəvanın ATƏT-in Minsk Qrupunu yenidən prosesə qoşmaq cəhdi sülh prosesinin başlamadan bitməsinə hədəflənib:
“Xüsusən, Qarabağın statusunun dəqiqləşdirilməsinin Ermənistan üçün prinsipial əhəmiyyət kəsb etməsinin Mirzoyanın açıqlamasında yer alması Azərbaycan tərəfindən heç cürə qəbul edilə bilməz. Çünki bu məsələ Azərbaycan üçün çoxdan bitmiş sayılır. Qarabağın statusu məsələsinin 44 günlük müharibə nəticəsində öz aktuallığını itirməsi faktını dövlət başçımız da dəfələrlə öz çıxışlarında qeyd edib. Ermənistan artıq bu faktla barışmalı və pozucu mövqedən əl çəkməlidir. Rəsmi Bakının irəli sürdüyü sülh təklifi Ermənistan üçün növbəti şansdır”.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq