“Ermənistan və Azərbaycan arasında sülh prosesi çərçivəsində həll edilməli bir çox məsələ var”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesi kontekstində həll edilməli olan bir çox məsələ qalır. Bizim prioritetimiz dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin imzalanmasıdır. Bütün digər məsələlər bu kontekst və müvafiq ardıcıllıqla nəzərdən keçirilir”, - o deyib.
Beynəlxalq məhkəmələrdə iddiaların qarşılıqlı olaraq götürülməsi mövzusuna münasibətində Nikol Paşinyan qeyd edib ki, onların həlli proseduru sülh sazişi layihəsində təsbit olunub, imzalandıqdan və təsdiqləndikdən sonra qüvvəyə minəcək.