Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması prosesi Azərbaycanla koordinasiyalı şəkildə aparılır və bu koordinasiya müsbət nəticələr verir.
Sherg.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Türkiyə Azərbaycan üçün qardaş dövlətdir və biz müttəfiq ölkələrik. Türkiyə həm işğal dövründə, həm də Vətən müharibəsi zamanı Azərbaycana yüksək səviyyədə dəstək göstərib”,- o qeyd edib.