“Beynəlxalq ictimaiyyətin Ermənistana münasibəti dəyişəcək” – "Pərdə" çəkilir...
Banuçiçək Kalbalıyeva
10:16 19.06.2020
Siyasət
859
“Əhali ayağa qalxdığı və insanlara qarşı zor tətbiq edildiyi halda, beynəlxalq ictimaiyyət susa bilməyəcək”
Bir neçə gün əvvəl "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib.
Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi istisna deyil. Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb və yüzlərlə adamı saxlayıblar. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.
Beləliklə, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanlarının lüzumsuz yerə güc tətbiq etməməsi, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına atılıb. Demokratiyanın carçısı kimi çıxış edən Qərb isə susmaqda davam edir. Beynəlxalq təsisasatlar özlərini heç nə olmamış kimi aparırlar…
Vəziyyəti “Sherg.az”a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov düşünür ki, belə münasibət səbəbsiz deyil:
“Heç kimə sirr deyil, beynəlxalq ictimaiyyət Azərbaycandan fərqli olaraq, Ermənistana ikili standartlarla yanaşır. Çünki onlarda hələ də düşmən dövlətin hökumət rəhbərliyinə müəyyən inam qalıb. İlk vaxtlar Paşinyana böyük ümid var idi. Elə bilirdilər ki, o, ciddi inqilablar həyta keçirəcək. Yerli əhalinin onu tanıması çox keçmədi. Cəmiyyət Paşinyanın hakimiyyətə gəlmək naminə müxtəlif gurultulu şüarlar səsləndirməkdən başqa heç nə bacarmadığını gördü. Çox qısa müddətdə beynəlxalq ictimaiyyət də onun əsl simasını görəcək. Paşinyanı hər kəs tanıyacaq”.
Ə.İbrahimovun sözlərinə görə, Ermənistana qarşı loyal yanaşmanın ömrünə az qalıb:
“Ola bilsin, bir neçə oliqarxın tutulması ciddi səy-küyə səbəb olmasın. Amma əhali ayağa qalxdığı və insanlara qarşı zor tətbiq edildiyi halda, beynəlxalq ictimaiyyət susa bilməyəcək. ATƏT, AŞ, BMT və digət təsisatlar adekvat reaksiya bildirməyə məcbur olacaqlar. Həm də indi bütün dünyada tüğyan edən koronavirus pandemiyası belə siyasi hadisələri müəyyən mənada arxa plana ata bilər. Lakin istənilən halda Ermənistana münasibət dəyişəcək. Hadisələr də bu istiqamətdə inkişaf edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region