Beynəlxalq reaksiyalardan qorxmaq lazım deyil
Turan
08:56 20.03.2021
Siyasət
672
"HDP-nin fəaliyyəti Türkiyənin parçalanmasına hesablanıb"
"Türkiyənin hüquq sisteminin reaksiyası çox sərt olmalıdır. Partiya birdəfəlik bağlanmalı, fəaliyyəti qadağan olunmalıdır"
Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlanıb. İttiham aktı Ali Məhkəmənin Cümhuriyyət baş prokuroru Bekir Şahin tərəfindən göndərilib. HDP öz bəyanatları və hərəkətləri ilə dövlətin bütünlüyünü pozmağı, milləti qarşıdurmaya sövq etməkdə və terrora açıq dəstək verməkdə ittiham olunur. Məlumat üçün bildirək ki, partiya barəsində xeyli vaxt idi ki, istintaq davam edirdi.
Partiya sədri Səlahəddin Dəmirdaş və partiyadan deputat seçilmiş şəxslərin bəziləri hazırda həbsdədir. HDP-nin qapadılması məsələsi Türkiyənin bir nömrəli müzakirə mövzusuna çevrilib. Cümhuriyyət Xalq Partiyası başda olmaqla ölkə müxalifəti buna qarşı çıxır, hər hansı siyasi təşkilatın bağlanmasını doğru saymırlar. Lakin müraciəti dəstəkləyənlər düşünürlər ki, PKK-ya qol-qanad verən istənilən quruma qarşı çox sərt addımlar atılmalıdır.
Politoloq Natiq Miri “Şərq”ə açıqlamasında vurğulayıb ki, belə məsələlərdə tənqidlərə fikir vermək lazım deyil. Siyasi şərhçinin sözlərinə görə, etirazlar keçici xarakter daşıyır:
“Daxildən və xaricdən olan tənqidlər, təzyiqlər Türkiyə üçün ciddi problem yaratmayacaq. Xalqların Demokratik Partiyası PKK-nın siyasi qanadı kimi fəaliyyət göstərir. Çox təəssüf ki, zamanında buraxılan səhvlərə görə terrorçu ünsürlər Türkiyənin daxilinə, siyasətinə, ən əsası isə parlamentə sıza bildilər. Hətta bu yolla dövlətdən maliyyə alaraq terror təşkilatına yardım da etdilər. HDP-nin fəaliyyəti Türkiyənin parçalanmasına hesablanıb. Türkiyənin hüquq sisteminin reaksiyası çox sərt olmalıdır. Partiya birdəfəlik bağlanmalı, fəaliyyəti qadağan olunmalıdır”.
N.Miri vurğulayıb ki, ölkədə buna qarşı çıxanlar koalisiya hökumətləri dövründə ard-arda bağlanmış partiyalardan xəbərsiz deyillər:
“O zaman səs çıxarmayanlar, hətta dəstək verənlər PKK-nın siyasi sözçüsü rolunda çıxış edən, hər addımı Türkiyənin bütövlüyünə təhdid sayılan bir təşkilatın qapadılmasına hansı haqla etiraz edirlər?! Beynəlxalq reaksiyalardan qorxmaq lazım deyil. Avropanın istənilən inkişaf etmiş dövlətində ölkənin parçalanmasına yönəlik fəaliyyətə qətiyyən imkan verilməz. Terror təşkilatları ilə əlaqəsi sübut edilən qurumun fəaliyyətinə dərhal xitam verilib. Ancaq maraqlıdır ki, bənzər hadisə Türkiyədə baş verdikdə prosesə fərqli rakursdan yanaşılır. Məsələ siyasiləşir və başqa istiqamətə çəkilir. Türkiyənin parçalanmasına, dağıdılmasına cəhd edən, terrorla əlaqəsi olan təşkilatın sərbəst fəaliyyətinə imkan vermək yolverilməzdir. Buna qarşı çıxanların ürkək səsləri müvəqqəti və əhəmiyyətsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə