Beynəlxalq təşkilatlar Ermənistandakı repressiyalara niyə susur ? – AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
10:16 18.06.2020
Siyasət
696
“Demokratiyanı təbliğ edən qurumlar, o cümlədən ATƏT səssiz qalıb”
«Bunun bir neçə səbəbi var. Əsas hərəkətverici qüvvə isə erməni lobbisidir»
“Beynəlxalq təşkilatlar həmişə ikili siyasət yürüdüblər. Biz müxtəlif faktlarda bunun şahidi olmuşuq”.
Bunu “Sherg.az”a Ermənistanda baş verən qarşıdurma haqqında danışarkən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, Ermənistanda “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub:
“Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb. Yüzlərlə adam saxlanılıb və təzyiqlərə məruz qalıb. Demokratiyanı təbliğ edən beynəlxalq qurumlar, o cümlədən ATƏT bütün bunların qarşısında səssiz qalıb”.
Ə. Əlibəylinin fikrincə, bu, ilk belə hal deyil:
“Bir müddət əvvəl Dağlıq Qarabağda keçirilən qondorma seçkilər zamanı da qərəzli münasibəti gördük. Beynəlxalq təşkilatlar bu rəzilliyə, repressiyaya heç bir reaksiya vermədilər. Hətta dövlət başçımız tənqidi fikirlərlə AŞPA-ya müraciət etdi. Beynəlxalq ictimaiyyətin olaylara adekvat münasibət göstərmədiklərini təsdiqləyən onlarca belə fakt deyə bilərəm”.
Ekspert baş verənləri erməni lobbisi ilə əlaqələndirdi:
“Beynəlxalq qurumlar Azərbaycanda keçirilən seçkiləri insan haqqlarının tapdanması kimi qiymətləndirirlər. Həmçinin məişət zəminində baş verən həbsləri siyasiləşdirirlər. Ancaq Ermənistandakı hadisələri görməzdən gəlirlər. Bunun bir neçə səbəbi var. Əsas hərəkətverici qüvvə isə erməni lobbisidir. Paşinyanın küçədən hakimiyyətə gətirilməsi də erməni lobbisinin fəaliyyətinin nəticəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region