Beynəlxalq Türk Akademiyasının prezidenti Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib
Yusif Nəzərli
19:00 11.11.2021
Siyasət
725
Türk Şurasının İstanbulda keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə görüşüb.
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Ceyhun Bayramov Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və onun türk dövlətləri arasında təhsil, elm, mədəniyyət istiqamətində əməkdaşlıqda rolunu təqdir etdiyini bildirib. Türk Akademiyası ilə bağlı müvafiq çoxtərəfli sənədlərin imzalanması prosesinin başa çatmasından məmnunluq ifadə edən nazir, bundan sonra təşkilatın daha aktiv fəaliyyət göstərəcəyinə inandığını, bu istiqamətdə Azərbaycan tərəfinin hər cür dəstəyə hazır olduğunu ifadə edib.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə təbriklərini çatdırıb və bu qələbənin bütün Türk dünyasının ortaq zəfəri olduğunu bildirib. O, eyni zamanda təşkilatın fəaliyyətinə göstərdiyi yüksək səviyyəli dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırıb, həyata keçirilməkdə olan və nəzərdə tutulan layihələr barədə məlumat verib.
Darxan Kıdırəli xarici işlər naziri Ceyhun Bayramova X əsrdə, Qaraxanlı dövləti dövründə ilk dəfə qədim Türk dilinə çevrilən və Türk Akademiyası tərəfindən çap olunan müqəddəs Qurani-Kərim kitabını təqdim edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm