Bir sıra XİN rəhbərləri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini təqdir ediblər
18:59 25.09.2021
Siyasət
575
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərindən Çad Respublikasının xarici işlər və Afrika inteqrasiyası naziri Mahamat Zene Şerif və Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Naziri Feliks Plasensia ilə ikitərəfli görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Report”a verilən məlumata görə, nazirlər ölkələr arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə ediblər və QH və BMT daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlığın əsasında uğurlu ikitərəfli münasibətlərin dayandığını vurğulayıblar.
Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu bildirilib.
Görüşlər zamanı, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu, xüsusilə iqtisadi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Görüşlərdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm