Brüssel razılaşması yeni vəziyyət yaradıb
Yusif Nəzərli
00:28 09.04.2022
Siyasət
800
Avropa İttifaqının tərəfləri sülhə yaxınlaşdırması faktiki olaraq Minsk qrupunun üzərindən xətt çəkib
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupu həmsədrlərinin gələcək taleyinin necə olacağını bilmədiyini deyib. Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib ki, bu qeyri-müəyyənliyin səbəbi ABŞ və Fransanın mövqeyilə bağlıdır. Onun sözlərindən belə məlum olub ki, ABŞ və Fransa Qarabağla bağlı ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Rusiya ilə əməkdaşlıqdan imtina edib: “Bu qrupdakı fransız və amerikalı partnyorlarımız rusofob çılğınlıqla, Rusiya Federasiyası ilə bağlı hər şeyi ləğv etmək cəhdi ilə bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər. Əgər onlar Qarabağda və bütövlükdə Zaqafqaziyada nizamlama maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir”.
Rusiya XİN rəhbəri vurğulayıb ki, fransalı və amerikalı tərəfdaşları Moskva ilə heç bir formatda əlaqədə olmayacaqlarını bildirməklə ATƏT-in Minsk qrupunun həmsədrlər “üçlüyü”nü də ləğv ediblər: “Rusiya belə yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək. Onun sözlərinə görə, rəsmi Moskva Qarabağdakı vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqdir”. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasına çağırış edib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin birgə bəyanatları, ardınca Brüsseldə keçirilən görüşlər yeni vəziyyət yaradıb. Partiya təmsilçisinin sözlərinə görə, Azərbaycan-Ermənistan konfliktinin həlli ilə bağlı proses faktiki olaraq ATƏT-in Minsk qrupu çərçivəsində getmir:
“Əslində Rusiyanın baş diplomatının son fikirləri ara qarışdırmağa xidmət edir. Avropa İttifaqının rəhbəri Minsk qrupundan danışmır. Tərəflər özləri danışıqlar nəticəsində sülh sazişi imzalanacağına ümid ifadə edirlər. Faktiki olaraq Rusiya münaqişənin həllində iştirakdan kənarlaşmaqdadır və bunun həyəcanını yaşayır. Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşdə “Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək” bəyanatı Kremlin niyyətini tam şəkildə ortaya qoyur”.
S.Əsədli bəyan edib ki, ATƏT-in Minsk qrupunun “fəaliyyətinə” Azərbaycanın müzəffər ordusu son qoyub:
“Azərbaycan əsgəri BMT-nin 4 qətnaməsini özü icra edərək erməni işğalına son verdi, tarixi torpaqlarımızı azad etdi. Minsk qrupu keçmiş tarixdir. Qrupda 11 üzv olmasına baxmayaraq, üç həmsədr ölkə institutu təsir altında saxlayırdı. Xüsusilə, Rusiya və Fransa bu məsələdə canfəşanlıq edirdi. Sentyabrın 27-dən etibarən Fransa ermənipərəst mövqeyini gizlədə bilmədi və açıq şəkildə erməni işğalçılarına dəstək verdi. Rusiya da açıq-aşkar Ermənistana hərbi yardım göstərdi. Bu faktların özü Fransa və Rusiyanın vasitəçiliyinin üstündən xətt çəkməyə kifayət edir. Üçlü həmsədr formatı de-fakto mövcudluğunu itirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual