Bu müxalifətçilik deyil: "Onların yanaşması kimlərə xidmət etdiklərini bir daha ortaya qoyur"
Turan
12:47 28.08.2019
Siyasət
848
“Əvvəlki dönəmlərdə də müxalifətin radikal qanadı ölkəmizə qarşı ən çirkin yollarla mübazirə aparıb”. Bunu Sherg.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.
QHT rəhbəri bildirib ki, hörmətli Əli Əhmədov iradlarında tamamilə haqlıdır:
“Xaricdə özünü “müxalifət” kimi təqdim edən bir qrup dağıdıcı kəsimin demokratiya və insan haqqları sahəsində çox ciddi problemləri olan, Azərbaycan torpaqlarını işğal edən Ermənistan dövlətini “nümunə” göstərməsi, düşmən ölkənin rəhbərliyini “demokrat” adlandırması cəhdlərinin şahidi olmuşuq. Həmin ünsürlər nəyin bahasına olur-olsun ağlasığmaz yollarla hakimiyyəti gözdən salmağa çalışırlar. Onların yanaşması kimlərə xidmət etdiklərini bir daha ortaya qoyur. Dəfələrlə vurğulamışıq ki, bu cür mövqedən çıxış edənlərin əksəriyyəti hazırda məskunlaşdıqları ölkələrin xususi xidmət orqanlarının təsiri altındadırlar. Əks halda bu cür bəyanatların şahidi olmazdıq”.
Gənc fəalın sözlərinə görə, radikal müxalifət tərəfindən aparılan bu siyasət çox təhlükəlidir və ölkəmizin milli maraqlara cavab vermir:
“Bu artıq hakimiyyətə müxalifətçilik deyil, birbaşa dövlətə qarşı siyasətdir. Ona görə də onların əməlləri Azərbaycan xalqı tərəfindən hər zaman olduğu kimi bu dəfə də kəskin qınanılır”.
Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov “facebook” səhifəsində son günlərdə mühacir müxalifətin anti-Azərbaycan təbliğatında yeni bir meylin ortaya çıxdığını yazıb. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanı yerli-yersiz tənqid etmək, müxtəlif yalanlar və böhtanlarla onun imicini zədələmək yolu seçmiş radikal müxalifət və onun mühacir qanadı təbliğat kampaniyasında Ermənistan faktorundan istifadə etməyə başlayıb: “Xüsusilə də mühacir müxalifətin Ermənistanın təbliğatçısı rolunda çıxış etməsi, ən bayağı formada Azərbaycana nümunə göstərməsi onların nə qədər ziyanlı və iyrənc vasitələrdən istifadə etmələrindən xəbər verir. Hətta onlar Ermənistanın “demokratik”, “tərəqqidə olan”, “Azərbaycandan daha üstün” ölkə obrazını yaratmaq naminə yalanlar uydurmaqdan belə çəkinmirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual