Çavuşoğlu Soçiyə dəvət olundu ! – Masada ciddi mövzular var – Qərbə MESAJ !
Banuçiçək Kalbalıyeva
16:22 24.12.2020
Siyasət
840
“Bayden rəsmi Ankara ilə əməkdaşlıq edəcəksə, onda Kremllə münasibətlər yenidən kəskinləşə bilər”
“Yox, ABŞ-ın yeni prezidenti sanksiyaları davam etdirsə, onda Qərbə qarşı mübarizə üçün Türkiyə ilə Rusiya yaxınlaşa bilərlər”
“Dekabrın 29-da Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Rusiya XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə bizim ölkəmizə, Soçi şəhərinə işgüzar səfər edəcək”. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, M. Çavuşoğlu Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun 8-ci iclasında iştirak etmək üçün Soçiyə gələcək.
Səfərin əhəmiyyətini “Sherg.az”a şərh edən siyasi analitik Turab Rzayev müzakirə predmetlərini açıqlayıb:
“Öncə onu deyim ki, Türkiyə və Rusiya nə qədər qatı düşmən olsalar da, son vaxtlar, belə demək mümkünsə, mehriban düşmənə çevriliblər. Düzdür, kəsişən maraqlar olduğu kimi qalır.
Lakin eyni zamanda tərəflər arasında 20 milyard dollarlıq ticarət dövriyyəsi olur. Üstəlik, onlardan hər ikisinin artan nüfuzu beynəlxalq aləmdə qıcıq yaradır.
Ona görə də əməkdaşlığa məcbur, hətta məkhumdurlar. Eyni zamanda Tramp administrasiyasından sonra dünyada geopolitik boşluğun yarandığını nəzərə almaq lazımdır.
Beləliklə, ayrı-ayrı məsələləri, o cümlədən Qarabağ problemi ətrafında üçlük, dördlük formatlar müzakirə aparır. Türkiyə ilə Rusiya arasında münasibətlərin hələ bir müddət belə davam edəcəyinə inanıram. Əgər Bayden rəsmi Ankara ilə əməkdaşlıq edəcəksə, onda Kremllə münasibətlər yenidən kəskinləşə bilər.
Yox, ABŞ-ın yeni prezidenti sanksiyaları davam etdirsə, onda Qərbə qarşı mübarizə üçün Türkiyə və Rusiya bir-birilərinə daha da yaxınlaşa bilərlər. Daha dəqiq desək, Türkiyə Qərblə mübarizə aparmaq naminə Moskva ilə yaxınlaşacaq.
Görüşün əsas mövzusu məhz bu məsələ olacaq. Eyni zamanda Suriya, Libya və Qarabağ “düyün”ləri ətrafında danışılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
25 dəqiqəyə biletlər tükəndi!
03:23 07.05.2026
Şou
Qəzzada HƏMAS liderlərindən birinin oğlu öldürüldü
02:42 07.05.2026
Dünya
BMT: İsrailin blokadası səbəbindən Qəzzada aclıq davam edir
01:36 07.05.2026
Dünya
PSJ Çempionlar Liqasının finalına yüksəlib
01:11 07.05.2026
Futbol
Obama: ABŞ yadplanetlilərin varlığını gizlədə bilməz
00:47 07.05.2026
Maraqlı
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm