
Çavuşoğludan SİQNAL: Yeni soyuq savaş başlayır! - Şərh: “Azad və qapalı dünya...”
Yusif Nəzərli
14:04 14.04.2022
Siyasət
874
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünyada soyuq müharibənin başladığını bidirib.
O qeyd edib: “Yeni soyuq savaşın başladığını görürük .Bunun əlamətləri artıq hiss olunur. Müharibə uzandıqca soyuq savaş daha da genişlənəcək. Biz bunu istəmirik. Qütbləşmələrin olmamasını istəyirik və bunun üçün çalışırıq”.

M.Çavuşoğlunun soyuq müharibə ilə bağlı iddialarını “Sherg.az”a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibədən öncə Rusiyanın Amerikaya təqdim etdiyi təhlükəsizlik müqaviləsindən görünürdü ki, artıq proseslər soyuq müharibəyə doğru gedir:
“Çünki o elə bir müqavilə idi ki, Qərb onu qəbul edə bilməzdi. Həm də Rusiya tərəfi bu təhlükəsizlik müqaviləsini paket olaraq təqdim edirdi. Ardınca da Rusiyanın Ukraynaya hücumu başladı. Bu proses göstərirdi ki, İkinci Dünya müahribəsindən sonra baş verən soyuq müharibə dövrü yenidən qayıdır.
Tarixə baxdıqda, İkinci Dünya müharibəsi dövründə də SSRİ və Amerika arasındakı müansibətlər də bu səviyyəyə gəlib çıxmışdı. İndi təxminən eyni proses baş verir. Artıq bütün körpülər yandırılır. Belə olduğu müddətdə təbii ki, soyuq müharibəsi gözləntisi artır. Bunu Türkiyə XİN-dən öncə beynəlxalq ekspertlər də vurğulayırdı ki, dünya yeni soyuq müharibəyə gedir”.
A.Nərimanlı soyuq müahribənin tərəflərə qazandırdığı nəticələrdən də danışıb:
“Fikrimcə, əslində proses öncədən planlaşdırılmış kimi görünür. Çünki soyuq müharibə hər iki tərəfə sərf edir. Ümumiyyətlə, böyük imperiyalar üçün bir neçə faktor var ki, onlardan biri müttəfiqlərin saxlanılması, ikincisi xarici təhlükənin olması, üçüncüsü və ən əsası ideologiyanın daim diri qalmasıdır. Yəni, Amerika kontekstinə baxdıqda, Amerika üçün Avropadakı müttəfiqlər sıradan çıxmışdı. Həmçinin, xarici təhlükə faktoru azlamışdı.
Bu baxımdan, yeni soyuq müharibə onun üçün sərfəlidir. Bu müharibədə təhlükə daha böyük oldu, bu, Rusiya idi. O cümlədən, bu təhlükə onun Avropadakı müttəfiqlərini birləşdirdi. Ən mühüm məqam isə azad və qapalı dünya məsələsidir. Baydenin Polşada çıxışı da bunun göstəricisidir. Bayden bildirdi ki, bir tərəfdə tiranlıq var, bir tərəfdə azad dünya və biz tiranlıqla mübarizə aparırıq.
Eyni məsələni biz Rusiyaya da aid edə bilərik. Çünki SSRİ soyuq müharibə dövründə postsovet məkanına nəzarət edirdi. Fikrimcə, Rusiya tərəfi düşünür ki, Ukraynadakı müahirəbədən sonra yaranacaq kəskin münasibətlər onların bölgədəki hakim rolunu qeyri-rəsmi də olsa, tanımağa gətirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı