Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.