Ceyhun Bayramov: TRIPP-in Rusiyaya aidiyyəti yoxdur

"TRIPP layihəsinin Ermənistanda yerləşən Rusiya dəmir yolu infrastrukturuna aidiyyəti yoxdur".

Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistan TRIPP layihəsi ilə bağlı öhdəlik götürərkən bu məsələləri nəzərə alıb.