Ceyhun Bayramov: Türk Dövlətləri arasında müdafiə əməkdaşlığı narahatlıq yaratmır

"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müdafiə potensialının artırılmasında heç bir narahatlığa səbəb yoxdur."

Sherg.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, təşkilata üzv dövlətlər arasında ən müxtəlif sahələrdə intensiv əməkdaşlığın genişləndiyinin şahidi oluruq:

“Xüsusilə mülki müdafiə və fövqəladə hallar sahəsində əməkdaşlıq ötən il daha da güclənib. Üzv ölkələr arasında ümumilikdə 35 əməkdaşlıq platforması mövcuddur. 2025-ci ildə Türkiyədə keçirilən 18 təlimdə Azərbaycan hərbçiləri iştirak edib, həmçinin Özbəkistan və Qazaxıstanda təşkil olunan iki təlimə qatılıblar".