CHP-dən YENİ Partiyaya ilk reaksiya: "Partiyanın imkanlarından istifadə edilib"

Özgür Özəlin CHP-dən ayrılaraq 91 millət vəkili ilə birlikdə YENİ Partiyanı yaratmasından sonra CHP rəhbərliyi ilk münasibətini açıqlayıb.

Sherg.az xəbər verir ki, CHP Baş Qərargahı yeni partanın yaradılması prosesində partiyanın maddi və təşkilati imkanlarından istifadə olunmasına etiraz edib. Bildirilib ki, YENİ Partiyanın X hesabının 2015-ci ildə CHP parlament qrupuna məxsus rəsmi hesabın adının dəyişdirilməsi ilə yaradıldığı iddia olunur.

CHP sədr müavini Dəniz Dəmir bildirib ki, CHP parlament qrupuna aid rəsmi X hesabının adı dəyişdirilərək yeni partiyanın hesabına çevrilib.

Bununla yanaşı, CHP rəhbərliyi 15 deputata YENİ Partiyaya keçməmələri üçün təzyiq göstərildiyi barədə iddiaları təkzib edib. Partiya mənbələri bu məlumatın həqiqəti əks etdirmədiyini, əksinə, deputatlarla əlaqə saxlayan tərəfin Özgür Özəl və onun komandası olduğunu irəli sürüb.

Məlumata görə, Kamal Kılıçdaroğlu partiyanın parçalanmasına görə məyus olsa da, prosesə sakit yanaşır.