CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib

Türkiyənin ana müxalifət partiyası olan CHP-dən Ankara millət vəkili Adnan Beker partiya üzvlüyündən istefa verdiyini açıqlayıb.

Sherg.az-ın məlumatına görə, Beker sosial şəbəkə hesabında paylaşdığı bəyanatda CHP-də şəxsi maraqların və qanunsuzluğun hökm sürdüyünü təəssüflə izlədiyini bildirib.

O qeyd edib ki, mövcud struktur daxilində aparılacaq siyasi mübarizənin ölkəyə və xalqa fayda verməyəcəyi qənaətinə gəldiyi üçün partiyadan ayrılmaq qərarı verib.

Adnan Beker bundan sonra fəaliyyətini müstəqil Ankara millət vəkili kimi davam etdirəcəyini, ölkənin birliyi, həmrəyliyi və sabitliyi naminə çalışmağı sürdü­rəcəyini vurğulayıb.