"Can Azərbaycan “iki dövlət, bir millət” olduğumuz, çox vacib dostumuz və müttəfiqimiz olan ölkədir”.
APA xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın Şəhidlər xiyabanında “Türk şəhidliyi”ndə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bir tərəfdən siyasi əlaqələr yüksək inkişaf edib, digər tərəfdən iqtisadi əlaqələr artmaqdadır: “Bu gün burada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını da keçirəcəyik. Çox sıx proqramımız var. Bu əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr aparacağıq. Həm əvvəl həyata keçirilən işləri dəyərləndirəcəyik, həm də yeni görüləcək işlərlə bağlı müzakirələr aparacağıq. Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yeni protokolunu da imzalamış olacağıq".