Deputat Ermənistan Təhlükəsizlik Şurasının katibini faktlarla ifşa etdi
10:18 28.09.2021
Siyasət
671
“Sputnik Armeniya” saytının verdiyi məlumata görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 23 sentyabr tarixində jurnalistlərə müsahibəsində bildirib: “Qarabağ heç bir vaxt Ermənistanın ərazi tələbi olmayıb. Söhbət bütün bu 30 ildə deyildiyi kimi, öz müqəddəratını təyinetmə problemindən gedir”. Doğrudan da, ermənilərə elə gəlir ki, dedikləri dünya ictimaiyyəti üçün quran ayəsidir?! Həqiqətən, özlərini hamıdan ağıllı hesab edirlər?!
Bu barədə “Sherg.az”a münasibət bildirən millət vəkili Musa Qasımlı Armen Qriqoryana ritorik suallarla müraciət etdi:
“Ermənistan SSR-in qanunverici orqanı olan Ali Sovetin 1989-cu il 1 dekabr tarixli Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərarını unudubmu? 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistanın 1990-cı il iqtisadi planına daxil etməsini bilmirmi? SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 1990-cı il yanvarın 10-da qəbul etdiyi “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qərarından xəbəri yoxdurmu?
Əgər bu şəxs gerçəkləri bilmirsə, onda dediyim rəsmi sənədləri oxuya bilər. Hesab edirəm ki, o, həmin sənədləri çox yaxşı bilir. Sadəcə, ermənilər yenidən dünyanı aldatmaq həvəsinə düşüblər. 30 il aldatdılar, ancaq nəticəsini görmədilər. Amma yenə də xasiyyətlərindən əl çəkmirlər. Davam etsələr, yenə eyni nəticəni alacaqlar.
Elə buna görə də Ermənistan rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı nitqini diqqətlə oxumaları və dərk etmələri faydalı olardı”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə