"Müharibədən sonrakı dövrün qəhrəmanı artıq fəhlədir, iş icraçısıdır, layihə rəhbəridir. Yeni Vətən quran bənnanın da, dağları aşan elektrik ustasının da, su çəkən mühəndisin də mülki Ali Baş Komandanı Odur".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisin plenar iclasında millət vəkili Zahid Oruc deyib.
Deputat bildirib ki, indi hərbi taborları tikinti və inşaat batalyonları əvəzləyir:
"İlham Əliyev Qarabağda təkcə infrastruktur qurmur, dünyaya mesaj verir-biz qayıtmışıq, özü də əbədi dönmüşük və yalnız binalar tikmirik, həm də siyasi gələcəyimizi inşa edirik.
O, İrəvanda kilsə, dövlət və diaspora üçlüyünə söykənən dini-siyasi ayinləri də sülh duaları ilə əvəzlətdirib. Azərbaycan liderləri Qafqazda zəif olanda, həmişə torpaq və sərvət itiriblər. İndi İrəvanın və Tiflisin taleyi Bakıda həll olunur! Qələbənin simvoluna çevrildiyi üçün, İlham Əliyevə ünvanlanan təbriklər artıq protokol deyil, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə verilən beynəlxalq siyasi qiymətdir".