
Deputat:“Soçidə Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi”
Yusif Nəzərli
09:25 04.11.2022
Siyasət
537
Ermənistanın böyük ümid bəslədiyi Soçi görüşü bu dəfə də ermənilər üçün uğursuz oldu. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə artıq görüşün taleyi həll olunmuşdu. Üçtərəfli görüşdə isə sadəcə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edildi. Yəni əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycan diktə edən tərəf oldu. Baxmayaraq ki, Ermənistan rəhbərliyi bu görüşə “xüsusi hazırlıq” görmüşdü, yenə də bütün cəhdləri fiaskoya uğradı.
Görüşü “Sherg.az”a dəyərləndirən Milli Məclisin deputatı, professor Kamilə Əliyeva prezident İlham Əliyevin növbəti uğura imza atdığını deyib:
“Soçiyə böyük ümidlərlə gələn Paşinyan növbəti dəfə məğlubiyyətə düçar oldu. Ümumiyyətlə, Soçi şəhərində 2020-ci ilin noyabr və 2021- ci ilin yanvar aylarında imzalanmış üçtərəfli Bəyannamələrin icrası ətrafında müzakirələr aparılıb və münasibətlərin normallaşdırılması üçün əlavə təkliflər müzakirə edildi. Üçtərəfli görüşdən əvvəl Prezident cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bu münaqişənin iki il bundan əvvəl başa çatdığını xüsusi vurğuladı. Danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparıla bilər.

Bununla da cənab İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın mövqeyini bildirdi. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, Qarabağ münaqişəsi adlı problem həll olunub və bu məsələ ilə bağlı heç bir vasitəçiyə ehtiyac yoxdur. Soçidə qəbul olunmuş Bəyannamədə Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən bir sıra məsələlər öz həllini tapmış oldu. Belə ki, Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan ermənilərin statusundan bəhs edilmədi. Eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması cənab İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış edib.
Azərbaycan iki dövlət arasında bütün kommunikasiya xətlərinin açılması təklifini irəli sürmüş, Ermənistan sülh müqaviləsini imzalayacağı, səmimi qonşuluq münasibətlərini yaradacağı, qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməyəcəyi təqdirdə bu ölkə Azərbaycanın müəllifi və iştirakçısı olduğu bütün beynəlxalq, iqtisadi layihələrə cəlb oluna bilər. Bu Ermənistan iqtisadiyyatının dirçəlməsinə, vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə səbəb olar”.
K Əliyevanın sözlərinə görə, humanitar sahədə də Azərbaycanın gördüyü işlər dünya ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Müharibə zamanı əsir düşmüş onlarla erməni hərbiçisinə tibbi yardım göstərilmiş və onlar Ermənistan tərəfinə təhvil verilib:
“Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir. Cənab İlham Əliyevin irəli sürdüyü 5 baza prinsipinin əsasını BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması təşkil edir.
Azərbaycan iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir.
Eyni zamanda Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və Parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır. Ermənistan tərəfi də bu prinsiplərə əməl edərsə iki dövlət arasında sülh sazışınin imzalanması reallaşar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq