
"Diplomat demək istəyib ki, Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar yerləşdirəcək" - Ekspert
11:59 16.01.2022
Siyasət
615
"Kreml Vaşinqtonu şantaj etmənin yeni “üsulunu” tapıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, Moskva onun təhlükəsizlik təkliflərini rədd edən ABŞ və NATO-ya qarşı Kuba və Venesuelada qoşun yerləşdirə bilər:
"Yəni Kreml sahibinin təlimatını yerinə yetirən rusiyalı diplomat demək istəyib ki, Vaşinqton və Brüssel Ukrayna ilə bağlı Moskvanın tələblərini yerinə yetirməsə Rusiya ABŞ-ın yaxınlığında hərbi bazalar və ya orta mənzilli raketlər yerləşdirəcək. Kremlin mesajı aydındır: “Sən mənim arxa bağçamda (oxu: Rusiyaya qonşu ölkələrdə) hərbi bazalar yerləşdirəcəksənsə, mən də sənin arxa bağçanda hərbi bazalar yerləşdirəcəm”. Rusiya özünü yenə Amerika ilə müqayisə edir. Birincisi, Kiyev özü istəyir ki, Ukrayna NATO-nun üzvü olsun, ölkədə Amerikanın hərbi bazaları yerləşdirilsin. Kuba və Venesuellanın Rusiya hərbi bazalarının yerləşdirilməsiylə bağlı istəyi səslənibmi, yoxsa Kreml bu ölkələrin əvəzinə danışır? İkincisi, keçmiş SSRİ bir dəfə Amerikanın yan-yörəsində - Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirmək istədi, Vaşinqtonun təzyiqi nəticəsində raketlərini yığışdırdı. Eyni tale Rusiyanı da gözləyəcək. Kubada rejim əvvəlki olsa da, fiqurlar dəyişib və yeni simalar çətin ki, Rusiyanın raketlərinə görə ABŞ-la münasibətləri indikindən daha çətin vəziyyətə sürüklənməsində maraqlı olsunlar. Elə Venesuellanın özü də ağır vəziyyətdədir, iqtisadi göstəriciləri yerlə sürünür, müxalifət zaman-zaman hakimiyyəti sıxışdırır. Belə olan halda Venesuelladakı solçu rejim Rusiyanın raketlərinə görə daxildə və xaricdə əlavə gərginliklə üzləşmək istəyərmi? Rusiyalı rəsmilərin Amerikaya barmaq silkələyərək Kuba və Venesuellanın adlarını çəkməsi göstərir ki, Moskvanın Vaşinqton və Brüssellə danışıqların nəticəsiz qalması nəticəsində alternativləri zəifdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol