Dostlarımız yanımızdadır
06:55 11.03.2021
Siyasət
826
Macarıstan da Qarabağın dirçəlməsinə səy göstərəcək
“Səfərimin məqsədlərindən biri macar şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətə cəlb etməkdir”.
Bunu mart ayının 10-da Xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan Xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
“İnanırıq ki, regionda sülh və inkişaf bərqərar olacaq. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Macarıstan hökuməti macar şirkətlərinin Dağlıq Qarabağ regionunda fəaliyyətini dəstəkləyir və bunun üçün də maliyyə ayırıb”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Qarabağın bərpası üçün şirkətlərinə 100 milyon dollar ayrılıb və bu şirkətlərə yenə də vəsait ayrılması nəzərdə tutulur.
Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı-ekspert Kazım Məmmədov bildirdi ki, Avropa ölkəsi olan Macarıstanın bizimlə sıx əməkdaşlığı ölkənin iqtisadi inkişafına mütləq öz töhfəsini verəcək:
"Qarabağın bərpası üçün bir çox dövlət Azərbaycanla əməkdaşlığa başlayıb. Bu işdə qardaş ölkə Türkiyə bizə həddən çox yardım edir. Bundan əlavə İran, İtaliya və s. ölkələr də Qarabağın dirçəldilməsi üçün səy göstərir.
Macarıstanın bir Avropa ölkəsi kimi bizimlə sıx əməkdaşlıq etməsi bizim üçün əlverişlidir. Həm də onlar lap əvvəldən Azərbaycanın Qarabağla bağlı mövqeyini sona qədər dəstəkləyib, bu gündən sonra da açıq şəkildə bizim mövqeyimizdən çıxış etməyi planlaşdırırlar.
Həmçinin, Cənub Qaz Dəhlizi Macarıstan üçün böyük önəm kəsb edir. Yəni bu, qarşılıqlı iqtisadi əlaqələrdir və hər iki ölkə öz iqtisadiyyatını inkişaf etdirmək üçün uğurlu əməkdaşlıq edirlər.
Ağarza Elçinoğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya