Durum hər an dəyişə bilər
Yusif Nəzərli
04:24 20.10.2021
Siyasət
377
Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir
"Saakaşvili həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyiylə gəlməzdi"
“Avropanın 72 siyasi xadimi Mixeil Saakaşvili üçün bəyanat imzalayıb. İmza müəllifləri içərisində Avropa Parlamentinin deputatları, litvalı millət vəkilləri, Latviya və Ukrayna eks-prezidentləri, İsveçin keçmiş baş naziri və gürcü siyasətçilər var”.
Bu barədə siyasi şərhçi Züriyə Qarayeva deyib. Analitik bildirib ki, siyasətçilər bəyanatda Gürcüstandakı böhranın bitməsi üçün Saakaşvilinin azad olunması gərəkdiyini bildiriblər: “Görünür, Qərb dairələri Gürcüstanda hökm sürən ikihakimiyyətlilikdən narahatdır. Rusmeyilli qüvvələri idarəetmə sistemindən tamamilə uzaqlaşdırmağa çalışırlar.
Saakaşvilinin ölkəsinə dönüşü də təsadüfi vaxtda deyildi. Bələdiyyə seçkilərində "Gürcü arzusu" Partiyasının seçkilərdə qazanacağı səslərin aşağı düşməsinə hədəflənmişdi ki, bu da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Gürcüstanda səfəri zamanı hakimiyyət və müxalifət arasında imzalanmış "Mişel planı"na uyğun həyata keçirilirdi. Ötən il keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” qazansa da, müxalifət nəticəni tanımadı və küçə etirazlarına başladı. Qarşıdurma genişlənəndə Avropa İttifaqı rəsmisi Mişel dövriyyəyə girdi və problemin həlli üçün təklif irəli sürdü. “Gürcü arzusu” növbəti bələdiyyə seçkilərində 42 faiz səs toplamasaydı, növbədənkənar parlament seçkilərini keçirmək öhdəliyini götürürdü. Bu mənzərə fonunda demək olar ki, Mişanın həbs ediləcəyini bildiyi halda geri qayıtması hakimiyyəti çətin vəziyyətə salmağa hesablanıb”.
Z.Qarayevanın sözlərinə görə, bələdiyyə seçkilərində yenidən seçilməklə "Gürcü arzusu" Partiyası Rusiyanın Gürcüstanda hələ də dayaqlarının olduğunu göstərdi:
“Ancaq hər halda Saakaşvili həbsdən çıxaracaq gücə arxayın olmasaydı, dəmir barmaqlılar arxasına öz istəyiylə gəlməzdi. Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Austinin "3+3" formatına istinad edərək “Rusiya hər hansı yeni platforma haqqında danışmazdan əvvəl 2008-ci il atəşkəs razılaşmasının öhdəliklərinə riayət etsin” deməsi, Saakaşvilinin Gürcüstana əbəs yerə göndərilmədiyini təsdiqləyir. Bəlli olur ki, Qərb rəsmi Tiflisin gizli də olsa rusmeyilli siyasətindən narahatdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət