Makron da, onun Aİ-dəki əlaltıları da, Ermənistan rəhbərliyi də məkrli planlarından çəkinməlidir
Əbəs yerə Azərbaycana qarşı soyuq savaşa çıxıblar - RƏY
11:01 27.02.2024
Siyasət
530
Peşman olacaqlar
Makron da, onun Aİ-dəki əlaltıları da, Ermənistan rəhbərliyi də məkrli planlarından çəkinməlidir
Makron da, onun Aİ-dəki əlaltıları da, Ermənistan rəhbərliyi də məkrli planlarından çəkinməlidir
"Azərbaycan və Türkiyənin gücünün artması bəzi ölkələri, həqiqətən də, ciddi şəkildə narahat edir. Həmin ölkələrin sırasında ilk yerdə Fransa dayanır".
Bunu "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri, politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, Fransa, daha doğrusu, bu ölkənin prezidenti və siyasi elitası Azərbaycanın qələbələrini, Türkiyənin isə iqtisadi uğurlarını və hərbi gücünü heç cürə həzm edə bilmir:
"7 fevral Prezident seçkilərində İlham Əliyevin məhz Xankəndidə səs verərək qutuya atdığı bülleteni “erməni separatizminin tabutuna vurulan sonuncu mismar” adlandırması və seçkidən sonra da ilk rəsmi dövlət səfərini Türkiyəyə etməsi Makronun və onun “mavi” nazirlərinin yuxusuna sözün əsl mənasında haram qatıb. Makron Türkiyə-Azərbaycan birliyinə mane olmaq üçün əlindən gələni edir. Baş nazir Nikol Paşinyanın Fransaya işgüzar səfəri zamanı Prezident Emmanuel Makron Ermənistana diqqətin artırılacağını bildirdi. "Fransa Ermənistana hərbi dəstəyini davam etdirəcək deyildi". Makron sözügedən bəyanatında Fransanın həmçinin Cənubi Qafqazda sülhün bərqərar olması üçün vasitəçilik missiyasını genişləndirəcəyini vurğuladı. Hərçənd Makron yaxşı bilir ki, Fransa lap çoxdan vasitəçilik etimadını itirib. Biz Fransanın istər 44 günlük müharibə dövründə, istərsə də son 4 ildə regionda gərginlik və qarşıdurma yaratdığını, Ermənistanı revanşizmə həvəsləndirdiyini, burada özünün geosiyasi maraqlarını təmin etməyə çalışdığını daim müşahidə etmişik. Fransa Avropa İttifaqındakı (Aİ) təsir gücündən də istifadə etməklə regionda qalıcı sülhün bərqərar olmasına hər vasitə ilə mane olub. Makron Fransasının bölgədəki siyasəti sülhə deyil, qızışdırıcılığa xidmət edib. Ona görə də Fransanın vasitəçilik etməyə mənəvi haqqı yoxdur".
Analitik vurğulayıb ki, biz Fransanı vasitəçi kimi dəvət etməmişiksə, Makron özünü çağırılmamış qonaq qismində apara bilməz:
"Afrikada vasitəçilik adı altında qanlı hadisələrə səbəb olan və nəhayətdə qara qitədən rüsvayçı şəkildə qovulan Fransanın Cənubi Qafqazda geosiyasi oyunlarla məşğul olmağa can atması, əslində, fransız dövlətçiliyinin faciəsidir. Prezident İlham Əliyevin inauqurasiya mərasimində etdiyi çıxışında məhz Fransa başda olmaqla Azərbaycanı hədəfə alan bütün neoimperialist, neokolonialist güclərə göndərdiyi mesajı Makronu da, onun Aİ-dəki əlaltılarını da, Ermənistan rəhbərliyini də məkrli planlarından çəkindirməlidir. Dövlət başçısı həmin çıxışında vurğuladı ki, “bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Biz geridə qalmayacağıq, biz heç vaxt müdafiə mövqeyində olmamışıq. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar, əminəm ki, peşman olacaqlar”. Bu, kifayət qədər aydın və konkret mesajdır. İlham Əliyevin mesajı Fransaya ünvanlanmış açıq xəbərdarlıqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual