Ekspert: “Brüssel görüşü Cənubi Qafqazda sülhün bərqərar olmasına ümid yaradır”
Yusif Nəzərli
12:51 07.04.2022
Siyasət
711
“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə baş tutmuş görüş vacib və müsbət kimi qiymətləndirilməlidir. Bu görüş Cənubi Qafqazda çoxdandır gözlənilən sülhün bərqərar olmasına ümid yaradır”.
Bunu “Report”a israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert Mixail Finkel bildirib.
Onun sözlərinə görə, görüş zamanı ən vacib məsələ sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı idi və bunlar olmadan hərtərəfli sülhə nail olmaq mümkün deyil.
“Görürük ki, Rusiyanın Ukraynada müharibə səbəbindən boş qoyduğu diplomatik yeri Avropa İttifaqı tutmağa çalışır. Hələlik Rusiya Cənubi Qafqaz məsələsini gündəlikdən çıxarıb”, - o deyib.
M.Finkel üçtərəfli görüş öncəsi Ermənistanda hökm sürən vəziyyətə diqqət yetirib:
“Danışıqlar fonunda Ermənistanda Paşinyan əleyhdarlarının keçirdiyi 11 min nəfərlik nümayişi zamanı ondan Azərbaycanla heç bir razılaşma imzalamamaq tələb olunurdu. Sual yaradır: Görəsən Paşinyan bu qeyri-sabitliyin təsiri altına düşəcəkmi?” - ekspert vurğulayıb.
Beynəlxalq siyasət üzrə ekspert ümumilikdə, tendensiyanın müsbət olduğunu vurğulayıb:
“Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin bağlanmasını səbirsizliklə gözləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual