Elçin Əmirbəyov: “Ermənistan Zəngəzur dəhlizi ilə təhlükəsiz nəqliyyat əlaqələrini təmin etməlidir”
16:42 04.10.2023
Siyasət
565
“Ermənistan Azərbaycana onun əsas ərazisi ilə Naxçıvan arasında Zəngəzur dəhlizi ilə maneəsiz nəqliyyat hərəkətini təmin etmək üçün etibarlı təminat verməlidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib.
“Zəngəzur dəhlizinə gəlincə, ermənilər bu dəhlizlə bağlı düşüncələrimizi yanlış yəqin ki, səhv anlayıblar. Çünki Azərbaycan tərəfi bu ərazilərə iddia etmir və oranı Ermənistanın suveren ərazisi kimi tanıyır”, - o bildirib.
E.Əmirbəyov qeyd edib ki, onların dəhlizin təhlükəsizliyini necə təmin edəcəkləri başqa məsələdir: “Bu, ayrı məsələdir, çünki üçtərəfli atəşkəs bəyanatına uyğun olaraq, hərəkətin təhlükəsizliyini Rusiya sərhədçiləri təmin edəcəklər. İndi belə görünür ki, Ermənistan bu öhdəliyi yenidən nəzərdən keçirir, çünki ruslara tapşırılan bu rol artıq onları qane etmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya