Əli Əhmədov Nazirlər Kabinetindən ayrıldı
Əli Əhmədov Nazirlər Kabinetindən ayrıldı
Yusif Nəzərli
08:59 09.08.2024
Siyasət
466
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyahısında deputatlığa namizəd olan Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetindəki fəaliyyətinə son qoyub.
Sherg.az yenisabah-a istinadla xəbər verir ki, o, seçkiqabağı təşviqat kampaniyasının başlaması ilə əlaqədar olaraq bir neçə gün əvvəl məzuniyyətə çıxıb.
71 yaşlı məmurun bu gündən namizədliyini irəli sürdüyü 25 saylı Nizami ikinci seçki dairəsində təbliğat kampaniyasına başladığı bildirilir.
Saytın yazdığına görə,. 2020-ci ildən bəri Əli Əhmədovun tabeliyində çalışan şəxslərdən biri söhbət zamanı qocaman siyasətçinin ötən gün iş yoldaşları ilə vidalaşdığını bildirib. Onun sözlərinə görə, Əli Əhmədov Baş nazir Əli Əsədov da daxil olmaqla, son bir neçə ildə bərabər çalışdığı hökumət üzvlərinin hamısı ilə sağollaşaraq Nazirlər Kabinetinin binasını tərk edib.
Mənbə deyib ki, Əli Əhmədov gedərkən şəxsi əşyalarını götürməyi də unutmayıb.
Qeyd edək ki, 71 yaşlı Əli Əhmədov “Köhnə qvardiya”nın ən nüfuzlu üzvlərindən biri sayılır. O, uzun illər hakim partiyada ikinci postu tutub. 22 oktyabr 2013-cü ildən bu günə kimi Baş nazirin müavini vəzifəsində çalışıb.
Əli Əhmədovun YAP-ın Milli Məclisdəki deputat fraksiyasına rəhbərlik edəcəyi bildirilir.
O, Milli Məclis sədrinin birinci müavini postuna ən real namizəd sayılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial