Ən çox minalanmış ərazilərdən biri məhz Ağdamdır
Turan
10:00 15.06.2021
Siyasət
545
Xəritənin alınmasında ABŞ və Qərbi təşkilatların adının xüsusi vurğulanması təbiidir
"Əgər bu prosesdə Rusiya iştirak etməyibsə, Kremlin adının hallanmasına ehtiyac yoxdur"
İyunun 12-də Azərbaycan və Ermənistan iki ölkə arasında və ümumilikdə Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb. Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər. Bəyanatda vurğulanıb ki, 15 erməni hərbçinin müqabilində Ağdamın minalanmış ərazilərinin xəritəsinin Azərbaycana təhvil verilməsi Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə reallaşıb.
Amerikalı rəsmilər xüsusən, bir məqama diqqət çəkiblər və bəyan ediblər ki, Rusiyanın təşəbbüsü ilə Ermənistan və Azərbaycan arasında döyüşlər bitsə də, son aylarda gərginlik ciddi şəkildə artmışdı. Onların fikrincə, Qərbin təşəbbüsü ilə reallaşan mübadilə Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır: “Ümidvarıq ki, hər iki ölkə davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcək. ABŞ və təsir gücünə malik ölkələr prosesi irəli aparmaq üçün çalışmalıdır”. Azərbaycan Xarici İşlər Nazirliyi də bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, prosesə verdikləri töhfəyə görə, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusi qeyd edərək onlara təşəkkür ünvanlayıb.
Mübadilədə Qərbin xüsusi rolunun vurğulanmasına diqqət çəkən politoloq Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Ermənistan tərəfi ən güclü müdafiə istehkamını Ağdamda qurmuşdu. Elə ən çox minalanmış ərazilərdən biri də məhz Ağdamdır:
“Ağdamın minalanmış xəritəsinin alınmasından sonra Azərbaycan XİN-in təşəkkür açıqlamasında ABŞ və digər Qərb təşkilatlarının adının xüsusi vurğulanması, Moskvanın adının isə çəkilməməsi təbiidir. Əgər bu prosesdə Rusiya iştirak etməyibsə, Kremlin adının hallanmasına ehtiyac yoxdur. Rusiya XİN başçısı Sergey Lavrov deyirdi ki, Moskva xəritələrin alınmasına çalışır, yaxın dövrlərdə nəticə ola bilər və s. Amma reallıqda ruslar bu istiqamətdə heç bir addım atmırdı. Əlbəttə, burada iki məqam var. Ya Rusiyanın indiki Ermənistan rəhbərliyinə sözü keçmir, ya da xəritələrin verilməsi, mülki şəxslərin ölməməsi Moskvanın marağında deyil. İstənilən halda Kreml prosesdən kənarda qaldı”.
Analitikin sözlərinə görə, şübhəsiz, mövcud durum Rusiyanın Cənubi Qafqazdakı imicinə də zərbədir:
“Qarabağa tələsik sülhməramlı yeritməklə iş bitmir ki?! Proseslərin davamı və əldə olunacaq nəticələr olduqca mühümdür. Düşünürəm ki, bu addım həm də Nikol Paşinyanın Rusiyaya qarşı demarşı idi. Paşinyan seçkiyə günlər qalmış güclü təsir gücünə malik bir qərar vermiş oldu. Çünki erməni cəmiyyətində narazılıq doğuran əsas məsələ “əsir” saydıqları hərbçilərlə bağlıdır. Xalq onların geri qaytarılması üçün İrəvan hökumətinə təzyiqlər edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Niderland əlaqələri müzakirə edilib
16:32 06.02.2026
Gündəm
Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək
16:06 06.02.2026
Gündəm
İrəvan Bakı ilə bunu qurmağa ümid edir... - Papoyan
16:05 06.02.2026
Region
Azərbaycan XİN Pakistana başsağlığı verdi
15:53 06.02.2026
Gündəm
İran-ABŞ danışıqlarının ikinci raundu bitdi
15:49 06.02.2026
Gündəm
Qırğızıstanda məhbusların saxlanma qaydaları dəyişdirilir
15:47 06.02.2026
Gündəm
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya