
Ərdoğanın mesajındakı “kodlar” açılır: “Dəmiryolu İğdırdan Bakıyadək uzanacaq və ...”
09:02 24.09.2021
Siyasət
540
“Beləliklə, Türkiyə Mərkəzi Asiyaya çıxış imkanı əldə edəcək, türkdilli dövlətlər arasında inteqrasiya güclənəcək”
Artıq Türkiyəyə qayıtmış ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərinin son günündə Türk Evində jurnalistlərlə bir araya gəlib. O, çıxışında Cənubi Qafqazda cərəyan edən proseslərə də toxunub. Dövlət başçısı bölgədə nəqliyyat əlaqələrinin açılması, xüsusən də Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya infrastrukturunun yaradılmasından danışıb. “İnşallah, indi atdığımız addımlarla İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun inşası çox əhəmiyyətli bir addım olacaq.
Bizim bölgə ilə bağlı beşlik və ya altılıq platforma kimi layihələrimiz də var. Hazırda Paşinyandan bu məsələ ilə bağlı müsbət siqnallar almaqdayıq. İndi bu müsbət siqnallarla birlikdə bu mövzuda bəzi addımlar atacağıq. Başqa sözlə desəm, bölgəni sülh baxımından yeni bir mövqeyə daşımaq imkanımız olacaq. Ayın sonunda cənab Putinlə görüşümüzdə bütün bunlar, təbii ki, müzakirə mövzusu olacaq. Beləliklə də, Türkiyə-Rusiya münasibətlərində daha güclü və fərqli bir dönəmə daxil olacağımıza ümid edirəm”, - deyə Ərdoğan bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın mesajının “kodlarını” “Sherg.az”a izah etdi:
“Ərdoğan dəmiryolunun İğdırla Naxçıvanı yox, İğdırla Azərbaycanı birləşdirəcəyini deyib. Bu, çox mühümdür. Yəni dəmiryolu Bakıyadək uzanacaq. Həmçinin Türkiyə lideri Ermənistan baş naziri Nikol Paşinyandan müsbət mesajlar aldığını diqqətə çatdırıb. O, beşlik və ya altılıq platformasına razı olsa, bu, reallaşacaq. Yəni Ərdoğan artıq “topu Paşinyanın meydanına atdı”. Əlbəttə, dəmiryolunun çəkilməsi həm iqtisadi, həm də siyasi əhəmiyyətlidir. Beləliklə, Türkiyə Mərkəzi Asiyaya çıxış imkanı əldə edəcək, türkdilli dövlətlər arasında inteqrasiya güclənəcək”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm