Ərdoğan:“Putinin sözlərinin hədəfi türk dövlətləri deyil”
Yusif Nəzərli
14:30 23.02.2022
Siyasət
732
“Rusiya Prezidenti Vladimir Putinin açıqlamasında türk dövlətlərinin nəzərdə tutulduğuna dair bir ifadə görmürəm”.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlər Türkiyə liderinə Vladimir Putinin “Respublikaları SSRİ-dən çıxarmaq hüququ onun bünövrəsinə qoyulmuş bir mina idi” fikri ilə bağlı sual ünvanlayıb, bu fikrin hədəfinin türk dövlətləri olub olmamasını soruşublar.
“Əlbəttə ki, Türk dövlətləri də SSRİ-ni formalaşdıran respublikalar arasında idi. Bu tarixi bir həqiqətdir. SSRİ dağılanda digər respublikalar kimi onlar da müstəqilliklərini elan etdilər. Buradan 15 müstəqil dövlət yarandı. Bu da tarixi bir həqiqət və hüquqi nöqteyi-nəzərdən təsdiqlənmiş bir vəziyyətdir. Rusiya da bir sovet respublikası kimi deyil Rusiya Federasiyası olaraq yoluna davam etdi. Dolayısı ilə burada Türk respublikalarının və ya digər ölkələrin nəzərdə tutulduğunu düşünmək istəmirik. Təşkilatımız Türk dövlətləri arasında başda iqtisadi, ticarət, mədəni və bəşəri mövzularda əməkdaşlığı və həmrəyliyi artırmağı hədəfləyir. Bu heç bir ölkəyə və ya təşkilata qarşı bir cəhd deyil. Bunu cənab Putin də bilir. Cənab Putin bu ifadələri Ukraynanın şərqindəki separatçıların qondarma hakimiyyətlərini tanıyan qərarını açıqladığı zaman söyləmişdi. Əlbəttə, bizim Türkiyə olaraq Krımdakı mövqeyimiz nə idisə, buralarda da mövqeyimiz eyni oldu. Odur ki, verdiyimiz açıqlama ilə də Ukraynanın ərazi bütövlüyü barədə mövqeyimizi ortaya qoyduq və Rusiyanın bu davranışını rədd etdiyimizi bildirdik”, - deyə R.T.Ərdoğan bildirib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak etdi
01:20 30.10.2026
Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının müzakirə edəcəyi məsələlər açıqlanıb
17:41 29.10.2026
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq