Ərəb mediasında İlham Əliyevin Əlcəzairdəki sammitdə çıxışı barədə materiallar yayımlanıb - FOTO
Yusif Nəzərli
10:11 04.11.2022
Siyasət
442
Əlcəzair, Misir, Səudiyyə Ərəbistanı və Küveytin kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Sammitindəki çıxışı barədə geniş materiallar yayımlanıb.
AZƏRTAC xəbər verir ki, Əlcəzairin “Əl Hİvar”, “Horizons” qəzetlərində, “Savtaləhrar”, “Bak-press”, “Əl Hərir” portallarında, habelə “Entv” telekanalı və “Radio Algeria” dövlət radiosunun saytlarında “İlham Əliyev: Qoşulmama Hərəkatı ilə Ərəb Liqası arasında əməkdaşlıq inkişaf edəcək” sərlövhəli xəbərlər yayımlanıb.
Xəbərlərdə qeyd olunub ki, Prezident İlham Əliyev Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının Baş katibinə dəvətə görə dərin təşəkkürünü bildirib, bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini deyib. O əlavə edib: “Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur”.
Əlcəzair ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini, eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu qeyd edib. O, əmin olduğunu bildirib ki, yaxın gələcəkdə bu əməkdaşlıq genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq.
Daha sonra vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın da Əlcəzair kimi işğaldan əziyyət çəkdiyini, torpaqlarımızın otuz il Ermənistanın işğalı altında qaldığını diqqətə çatdırıb və bütün bu işğal illəri ərzində həmişə ərəb qardaşlarının, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etdiyini əlavə edib. Azərbaycanın dövlət başçısı bildirib ki, onun ölkəsi də öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına dəstəyini əsirgəməyib.
Prezident İlham Əliyevin Ərəb Sammitindəki çıxışı Səudiyyə Ərəbistanı mediasının da diqqət mərkəzində olub. “Saudi Press” agentliyinin saytında, “Acel” və “Saudisalari” qəzetlərində yayımlanan “Azərbaycan Prezidenti ərəb və İslam ölkələrini dəstəklədiyini bəyan edib” sərlövhəli xəbərlərdə qeyd olunub ki, Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak etdiyini diqqətə çatdıran İlham Əliyev, eyni zamanda, öz ölkəsinin Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri olduğunu söyləyib. Azərbaycanın yaxın gələcəkdə ərəb dövlətləri ilə əməkdaşlığının genişlənəcəyinə, yeni xarakter və yeni dinamika alacağına əminliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb ki, onun ölkəsi ərəb və İslam ölkələrini dəstəkləyir və Ermənistanın işğalı dövründə qardaş ölkələrin dəstəyini hiss edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq