Erkən parlament seçkiləri olacaq- ŞƏRH
Yusif Nəzərli
10:51 21.04.2024
Siyasət
618
Partiyalar seçkilərə nə qədər tez hazırlaşmağa başlasalar, o qədər yaxşıdır
Azərbaycanda bir neçə aydan sonra parlament seçkiləri olması gözlənilir.
Bu barədə Ədalət, Hüquq və Demokraiya Partiyasının (ƏHDP) sədri, deputat Qüdrət Həsənquliyev bildirib.
ƏHD Partiyasının sədri qeyd edib ki, bir neçə aydan sonra parlament seçkiləri olmalıdır. Amma yeni formalaşacaq parlamentin də beş il fəaliyyət göstərəcəyini düşünmürəm. Çünki ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Biz çatdıra bilmədik, amma referendum keçirilməlidir".
Deputat bildirib ki, yeni Konstitusiyada da parlamentin rolu artırılmalı, deputatların sayı çoxaldılmalıdır: "Deputatların sayını ən azı 151 etmək olar. Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-ci ilin əvvəlində yeni Konstitusiya qəbul olunmalıdır". Partiya sədri qeyd edib ki, seçki nə qədər tez olarsa, o qədər yaxşıdır: "İnsanlar tam seçkilərə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.
Politoloq Abutalıb Səmədov isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Konstitusiyasına görə, seçkilər noyabr ayında keçirilməlidir və parlamentin səlahiyyət müddəti beş ildir. Onun sözlərinə görə, hər çağırış parlamentin səlahiyyət müddəti beş ildən artıq ola bilməz:
"Ancaq növbədənkənar seçkilərin keçirilməsi mümkündür və belə bir seçki artıq keçirilib. Ümumən hesab edirəm ki, seçkilərin vaxtında keçirilməsi üçün heç bir problem yoxdur. Lakin ölkəmizdə irimiqyaslı tədbir - COP29 baş tutacaq və Azərbaycana ən azı 80 min qonağın gələcəyi gözlənilir. Ehtimal edilir ki, belə bir məqamda parlament seçkilərinin keçirilməsi əlavə problem yarada bilər. Lakin Azərbaycan eyni vaxtda bir neçə tədbirin keçirilməsinə qadir olan bir dövlətdir və hakimiyyətin kifayət qədər təcrübəsi var. Ona görə seçkiləri vaxtında keçirmək olar. Lakin bir qədər irəli çəkmək də mümkündür. Bu da istisna olunmur və tamamilə konstitusiyaya uyğundur".
Siyasi şərhçinin fikrincə, partiyalar seçkilərə nə qədər tez hazırlaşmağa başlasalar, o qədər yaxşıdır: "Hazırlaşmaq lazımdır. Siyasi partiyalar bu işi vaxtında görməlidirlər. Ümumiyyətlə, partiyalar daim seçkilərə hazırlıqla məşğul olmalıdırlar. Növbəti dəfə deməməlidirlər ki, "biz qəfil seçkilərə yaxalandıq". Siyasi partiya üçün qəfil seçki ola bilməz. Siyasətçilər hər an seçkiyə hazır olmalıdır. Vaxtında, yaxud vaxtından əvvəl keçiriləcək parlament seçkisi Azərbaycan üçün uğurlu olacaq və Azərbaycan daha sanballı, daha güclü parlament tərkibi əldə edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual