Erməni diasporunun əli var
Turan
01:55 10.06.2021
Siyasət
862
Rusiyanın efirlərində azərbaycanlılara qarşı əks-təbliğat aparılır
Rusiyada ehtiyatsızlıqdan azərbaycanlı vəkilin qətlinə səbəb olmuş polisin sərbəst buraxılması soydaşlarımızın və Azərbaycan ictimaiyyətinin narazılığına səbəb olub. Hətta Rusiyada yaşayan bir qrup azərbaycanlı polisin cinayət məsuliyyətinə cəlb olunmamasına qarşı etiraz aksiyaları keçiriblər. Bundan sonra isə soydaşlarımıza qarşı kütləvi təzyiqlərə və aşağılanma kampaniyasına start verilib. Rusiya vətəndaşlığı olan azərbaycanlılar belə polis bölmələrinə zorla aparılaraq saatlarla dindirilir, təhqirlərə məruz qalırlar.
Paralel olaraq televiziya efirlərində azərbaycanlılara qarşı kampaniya aparılır. Şübhəsiz, etnik zəmində münaqişə yaranmasını istəyən və bunu qızışdıran müəyyən qüvvələr də ola bilər. Hər halda soydaşlarımıza qarşı bu cür münasibət ciddi narahatlıq doğurur. Bunun genişmiqyaslı hal alacağından ehtiyat edilir. Rusiya Azərbaycanın şimal qonşusudur və bu ölkədə milyonlarla soydaşımız yaşayır.
Rus hərbçiləri Qarabağda sülhyaratma missiyasında iştirak edirlər.
Dövlətimiz hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib. Belə olan təqdirdə soydaşlarımıza qarşı məqsədyönlü hücum kampaniyasına imkan vermək ilk növbədə Rusiya hüquq-mühafizə orqanlarına inamsızlıq yaradır. Ən əsası isə Moskvanın Azərbaycan-Ermənistan arasındakı vasitəçilik missiyasını sual altında qoyur.
Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soydaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməli şəkildə sübut etməlidir. Çünki vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad olunması hüquqi və məntiqi baxımdan anlaşılmazdır.
Professor Qafar Çaxmaqlı “Şərq”ə deyib ki, Rusiyadakı azərbaycanlılar həmin ölkənin əlində həmişə bizə qarşı təzyiq vasitəsi olub. Onun sözlərinə görə, Rusiya Azərbaycanda və ümumən Cənubi Qafqazda maraqlarını təmin etmək üçün çox təəssüf ki, bu vasitədən istifadə edir:
“Televiziyalarda efirə gedən verilişlərdə qəsdən azərbaycanlılara qarşı təbliğat aparılır. Rusiyadakı azərbaycanlılara qarşı təzyiqin arxasında 44 günlük savaşda ağır zərbə alan erməni diasporunun da əli var. Lakin Azərbaycanın da əlində eyni vasitələr mövcuddur. Əgər sabah Azərbaycanda yaşayan ruslarla bağlı eyni hərəkəti etsək, məsələ daha da gərginləşə bilər. Təbii ki, ermənilər bu işin dərinləşməsində maraqlıdır. Provakasiyaların qarşısını almaq üçün Rusiyadakı diaspor təşkilatlarımızın üzərinə böyük vəzifələr düşür. Bu xüsus mütləq Rusiya hakimiyyət orqanlarının nəzərinə çatdırılmalıdır. Ümumən, belə məsələlər dövlət səviyyəsində həll edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya