Ermənilər sülhə hazır olmalıdır
Yusif Nəzərli
07:29 05.11.2022
Siyasət
461
Deputat: “Soçidə Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi”
Ermənistanın böyük ümid bəslədiyi Soçi görüşü bu dəfə də ermənilər üçün uğursuz oldu. Üçtərəfli görüşdən əvvəl prezidentlər Vladimir Putin və İlham Əliyevin keçirdikləri təkbətək görüşdə artıq görüşün taleyi həll olunmuşdu. Üçtərəfli görüşdə isə sadəcə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə edildi. Yəni əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycan diktə edən tərəf oldu. Baxmayaraq ki, Ermənistan rəhbərliyi bu görüşə “xüsusi hazırlıq” görmüşdü, yenə də bütün cəhdləri fiaskoya uğradı.
Görüşü “Şərq”ə dəyərləndirən Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib ki, Soçi şəhərində 2020-ci ilin noyabr və 2021- ci ilin yanvar aylarında imzalanmış üçtərəfli Bəyannamələrin icrası ətrafında müzakirələr aparılıb və münasibətlərin normallaşdırılması üçün əlavə təkliflər müzakirə edildi. Üçtərəfli görüşdən əvvəl Prezident cənab İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını və bu münaqişənin iki il bundan əvvəl başa çatdığını xüsusi vurğuladı. Danışıqlar ancaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində aparıla bilər.
Bununla da cənab İlham Əliyev qətiyyətli şəkildə Azərbaycanın mövqeyini bildirdi. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdi ki, Qarabağ münaqişəsi adlı problem həll olunub və bu məsələ ilə bağlı heç bir vasitəçiyə ehtiyac yoxdur. Soçidə qəbul olunmuş Bəyannamədə Azərbaycanın dövlət və milli maraqlarını müdafiə edən bir sıra məsələlər öz həllini tapmış oldu. Belə ki, Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi, Qarabağ və orada yaşayan ermənilərin statusundan bəhs edilmədi. Eləcə də Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması cənab İlham Əliyevin irəli sürdüyü 5 əsas baza prinsipi əsasında formalaşdırılacaq. Üçtərəfli görüşün nəticəsi olaraq imzalanmış bəyanatın bütün bəndləri Azərbaycanın mövqeyini tam ifadə edir. Müharibə başa çatdıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, Cənubi Qafqazın iqtisadi cəhətdən inkişaf etməsi üçün birgə əməkdaşlığa çağırış edib.
K.Əliyevanın sözlərinə görə, humanitar sahədə də Azərbaycanın gördüyü işlər dünya ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Müharibə zamanı əsir düşüb onlarla erməni hərbiçisinə tibbi yardım göstərilib və onlar Ermənistan tərəfinə təhvil verilib: “Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirir. Cənab İlham Əliyevin irəli sürdüyü 5 baza prinsipinin əsasını BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq hər iki ölkənin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması təşkil edir.
Azərbaycan iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına hər zaman hazır olduğunu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək Rusiyanın vasitəçiliyini qəbul edir.
Eyni zamanda Azərbaycan sülhün yaradılmasına xidmət edəcək hər iki dövlətin ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və Parlamentlərarası əlaqələrin yaradılmasına tərəfdardır. Ermənistan tərəfi də bu prinsiplərə əməl edərsə iki dövlət arasında sülh sazışınin imzalanması reallaşar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya