Ermənilərin iddiaları heç bir nəticə verməyəcək
Ermənilərin iddiaları heç bir nəticə verməyəcək
Yusif Nəzərli
08:53 04.10.2023
Siyasət
513
Tofiq Zülfüqarov: “Ermənilərin Qarabağı könüllü tərk etməsi dünyanın gözü önündə baş verib”
ABŞ Dövlət Departamenti Qarabağdan ermənilərin çıxmasını “etnik təmizləmə” adlandırmaqdan imtina edib.
Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, ABŞ "etnik təmizləmə", "soyqırım" və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir: “Vəziyyətlə bağlı yerlərdə əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına cavab vermək üçün müvafiq tədbirlər görməkdən və bunun baş verdiyinə dair sübutlarımız olduqda günahkarları məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Amma həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesdir. Mən hazırda bu barədə qətiliklə danışa bilmərəm”.
Metyu Millerin fikirlərini “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov baş verənlərin Ermənistanın növbəti siyasi təxribatı olduğunu bildirib.
“Ermənistan öz istəkləri ilə Qarabağı tərk edən erməniləri etnik təmizlə kimi göstərməyə cəhd edirlər. Baş nazir Nikol Paşinyan da öz çıxışında bunu bəyan edib. Əlbəttə, bunlar Azərbaycana atılan böhtandır. Burada məntiqli ziddiyyət var. Bu ondan ibarətdir ki, onların oradan çıxması bütün dünyanın gözləri önündə baş verib. ABŞ missiyasının verdiyi bəyanat da bunun sübutudur. Ermənistan öz istəyi ilə Qarabağı tərk etmələrini etnik təmizləmə kimi qələmə verirsə, bəs o zaman onların 90-cı illərdə etdikləri nə idi? Ermənistan tərəfi illərdir bu suala cavab verməkdən boyun qaçırıb. Hazırda məsələyə qərəzsiz yanaşan bütün dünya ölkələri orada ərazini tərk edənlərin qovularaq deyil, Azərbaycan bayrağı altında yaşamaq istəmədikləri üçün könüllü şəkildə tərk etdiyini bilir. Buna görə də ermənilərin iddiaları heç bir nəticə vermir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya