"Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, Ermənistan işğal edilmiş əraziləri 30 il ərzində kütləvi şəkildə minalayaraq həmin əraziləri cansız məkana çevirib. Amma Ermənistan noyabrın 10-dan sonra, hətta günü bu gün də mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu, uzun illər ərzində bu ərazilərdə davam edən hərbi cinayətdir. Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalıdırlar. Ermənistana konstruktiv mövqe tutmaq baxımından əməli təsir və təzyiqlər edilməlidir".
Ermənistan reallıqlarla iki əlli barışmalıdır
02:44 18.03.2021
Siyasət
675
Regiona sülh, sabitlik, əmin-amanlıq gəlməlidir
"Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur"
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçokla birgə mətbuat konfransı keçirib. C.Bayramov konfransda vurğulayıb ki, üçtərəfli bəyanat bütün hərbi əməliyyatların dayandırılması deməkdir. O əlavə edib ki, həmin sənəddə bu, açıq formada öz əksini tapıb:
"Belə olan təqdirdə hərbi əməliyyatların bilavasitə və ya dolayısı ilə tərkib hissəsi hesab oluna bilən bütün addımlara son qoyulmalıdır. Mən bir faktı qeyd etmək istərdim ki, Ermənistan işğal edilmiş əraziləri 30 il ərzində kütləvi şəkildə minalayaraq həmin əraziləri cansız məkana çevirib. Amma Ermənistan noyabrın 10-dan sonra, hətta günü bu gün də mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bu, uzun illər ərzində bu ərazilərdə davam edən hərbi cinayətdir. Hesab edirik ki, bu istiqamətdə dünya dövlətləri və beynəlxalq təşkilatlar səssiz qalmamalıdırlar. Ermənistana konstruktiv mövqe tutmaq baxımından əməli təsir və təzyiqlər edilməlidir".
Mövzuya münasibət bildirən politoloq Nurlan Qələndərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistan üçün kapitulyasiya aktıdır. Politoloq qeyd edib ki, bəyanatdan irəli gələn vəzifələrin tam və qeyd-şərtsiz yerinə yetirilməsi Ermənistan dövlətinin siyasi-hüquqi öhdəliyidir:
"Doğrudur, işğalçı, təcavüzkar siyasəti iflasa uğradılmış və hərbi müstəvidə darmadağın edilmiş Ermənistan bəhs olunan bəyanatın bəzi maddələri üzrə konstruktiv yanaşma ortaya qoymur. Müxtəlif manipulyasiyalar vasitəsilə pozuculuq fəaliyyəti ilə məşğul olur. Təbii ki, burada əsas məsələ bəyanata uyğun olaraq Ermənistanın Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmaq öhdəliyinə əməl edilməməsi ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan Azərbaycan ərazilərinə hərbçilərin göndərilməsinə son qoymalıdır. Çünki bu cür addımların Ermənistan üçün heç bir perspektivi, faydası yoxdur və onlar dağıdıcı mövqe fonunda belə təxribatlarla istədikləri nəticəni əldə edə bilməyəcəklər. 44 günlük müharibə Azərbaycanın siyasi-diplomatik cəbhədə olduğu kimi, hərbi müstəvidə də öz şərtlərini diktə edəcək və konkret nəticə qazanacaq qədər qüdrətli olduğunu göstərdi".
N.Qələndərli diqqətə çatdırıb ki, yeni reallıqlar Azərbaycanın üstün mövqeyini təsdiq edir:
"Ermənistan məhz bu faktı nəzərə alaraq reallıqdan çıxış etməli, rasional və praqmatik mövqe tutmalıdır. Nəzərə almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində antiterror əməliyyatları vasitəsilə təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. Bu, eyni zamanda, Azərbaycanın yaratdığı yeni geostrateji reallıqlar fonunda regional sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq baxımından strateji əhəmiyyətə malikdir. Bütövlükdə, həm regional təcrid vəziyyətində olan, həm də müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa çıxış yolu - əlavə şansı və alternativ imkanları yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə