Ermənistanda 3 mümkün senari gözlənilir
Turan
08:06 08.06.2021
Siyasət
489
Natiq Cəfərli:“Seçkilərdə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığmaya bilər"
“İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləridir. Bölgəmizin gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri üçün vacib siyasi hadisədir”. Bu barədə REAL partiyasının təmsilçisi Natiq Cəfərli deyib. Siyasi şərhçi bildirib ki, son zamanlar Ermənistan saytlarını, Rusiya xəbər kanallarını izlədikdən sonra seçkidən sonra 3 mümkün senarinin olacağı qənaətinə gəlib:
“Seçkilərdə heç bir siyasi partiya və ya blok təkbaşına hökumət formalaşdırmaq üçün yetərli səs yığmaya bilər. Belə halda Ermənistan prezidenti səsvermə nəticələrinə görə növbə ilə hökumət formalaşdırmağı ilk 3 yeri tutan siyasi quruma həvalə edir. Onlar da koalisiya qura bilmirlər və seçkilər ləğv edilir, payıza yeni seçkilər təyin olunur.
Yaxud seçkilərdə Paşinyan komandası səs çoxluğu qazanır və təkbaşına iqtidar olmaq üçün kiçik partiyalara ehtiyac duyulur. Danışıqlarla bir neçə mandat qazanmış siyasi təşkilatları koalisiyaya qoşub yenidən hökumət formalaşdırılır.
Ya da seçkidən sonra Koçaryan və dəstəsi küçələrə çıxır və seçkilərdə total saxtalaşdırmanın olduğunu bəhanə edərək küçədən hakimiyyətə gəlməyə çalışırlar. Rusiyadan da açıq-gizli dəstək alaraq çevriliş edir və hakimiyyətə gəlirlər. Daxili hesablaşmalar başlayır, həbslər olur və qarışıqlıq artır”.
N.Cəfərlinin fikrincə, 3-cü senari daha realdır və buna hazır olmalıyıq:
“Paşinyan anlayır ki, Kreml onu çıxdaş etməyi düşünür. Moskva istənilən halda bunu etmək istəyəcək. Məhz ona görə seçkidən öncə Fransa və ABŞ-dan dəstək alaraq seçkinin legitimlik “möhürünü” Moskvaya deyil, Qərbdə vermək istəyir.
Hər halda 20 iyun seçkilərindən sonra Ermənistan çalxalanacaq, qeyri-sabitlik bir müddət davam edəcək. Həmin dövrdə sərhəddə və Qarabağın hələ də rus-erməni işğalı altında qalan kiçik hissəsində ciddi təxribatlar mümkündür. Ciddi hazırlaşmalıyıq.
Seçkilər payıza ertələnsə, sərhəddə və Xankəndi ətrafında təxribatlara güc strukturlarımızla ciddi cavab vermək məcburiyyəti yarana bilər. Bu zaman Moskvanın yeri, rolu və iştirakını ciddi sual altına qoya, onların ərazimizdə mövcudluğunu sorğulaya bilərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiya və minimum əməkhaqqı artır - VİDEO
12:47 19.09.2026
İqtisadiyyat
Sabahın hava proqnozu açıqlanıb
12:37 19.09.2026
Ekologiya
20 Sentyabr tarixi dönüş nöqtəsidir - ŞƏRH
12:28 19.09.2026
Gündəm
Erməni ordusu müharibəyə hazırlaşır: 500 km uça bilən PUA...
12:05 19.09.2026
Dünya
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapıldı
11:57 19.09.2026
Hadisə
Elşad Namazov vəzifəsindən ayrıldı
11:39 19.09.2026
Cəmiyyət
Tramp: Çinlə münasibətlərimiz yaxşıdır
11:29 19.09.2026
Dünya
Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb
11:15 19.09.2026
İqtisadiyyat
Firəngiz Əlizadə: Akademik musiqiyə diqqəti artırmaq lazımdır
11:03 19.09.2026
Mədəniyyət
Tramp BMT Baş Assambleyasında Zelenski ilə görüş planlaşdırmayıb
10:57 19.09.2026
Dünya
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? – SÜRPRİZ
10:54 19.09.2026
İnfrastruktur
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
10:52 19.09.2026
Aktual
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq
10:45 19.09.2026
Mədəniyyət
Harri Keyn Bundesliqada tarix yazdı
10:37 19.09.2026
Futbol
Zaxarova: Rusiya və Gürcüstan xalqları bir-birinin həsrətindədirlər
10:09 19.09.2026
Dünya