Ermənistanın bircə şansı var: “İşğalçılıq siyasətindən əl çəkməlidir”
Banuçiçək Kalbalıyeva
08:45 16.06.2020
Siyasət
726
“Bu, bütün dövlətlərə, xüsusilə də Ermənistana lazımdır”
Ermənistan COVİD-19 koronavirus infeksiyası ilə mübarizədə məğlub olan dövlətləri siyahısına düşmək üçün bütün şanslara malikdir. Rusiyanın "Lenta.ru” saytı yazır ki, ölkədə xəstəlik pik həddə keçib, ağır şəkildə olan xəstələrin sayı fantastik həddə yüksəlir, səhiyyə sisteminin resursları isə bunun müqabilində tükənmək üzrədir.
"Hakimiyyət isə bütün bunların fonunda küçələrdə maska taxmayan vətəndaşları sosial şəbəkələrdə utandırmaqla məşğuldur. Vətəndaşlar da utanc hissi keçirməyə tələsmir, axı epidemiyanın lap əvvəlindən heç kim epidemioloji təhlükəsizlik qaydalarına əməl etmirdi”, - deyə materialda bildirilir. Baş nazir ötən həftə sonu koronavirusa yoluxduğunu, ardınca ölkədə epidemioloji fəlakət olduğunu bildirib.
Ölkədə vəziyyət həqiqətən də pisləşib: bütün dünya məhdudiyyətləri aradan götürdüyü və xəstə sayı azalmağa doğru getdiyi halda, Ermənistanda xəstə sayı durmadan artır. Mayın 20-də ölkədə 5600 xəstə olduğu halda bu gün xəstə sayı 15 minə yaxınlaşıb.
Ölüm halı 160-dan 230-a çatıb. İsterik vəziyyətdə olan baş nazir ölkədə xəstə sayının 100 min olduğunu bildirsə də, sonradan sözlərində bir qədər redaktə aparmağa məcbur olub.
Yaranmış vəziyyətlə bağlı “Sherg.az”a danışan politoloq Rasim Ağayevin fikrincə, Ermənistanın bircə şansı var:
“İlk növbədə onu deyim ki, koronavirus təkcə düşmən ölkəni yox, bütün bəşəriyyəti təhdid edir. Amma Ermənistanda vəziyyətin daha ağır olması reallıqdır. Bunu Paşinyan hakimiyyəti özü də etiraf edir. İndi bütün dünyada ümumi çaşqınlıq yaranıb. Odur ki, ortaq ictimai-siyasi addımlar atılmalıdır. Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. Bu, bütün dövlətlərə, xüsusilə də Ermənistana lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya