
Ermənistanla böyük toqquşmalara gedilməməlidir
03:44 30.08.2024
Siyasət
385
Bu və ya digər formada davam edən sülh danışıqlarını sürətlə başa çatdırmağa çalışmaq lazımdır
Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində ardıcıl təxribat törədir. Atəş açmaqla yanaşı, Naxçıvanla sərhəddə vaxtaşırı təlimlər keçirir, bölgəyə əlavə qüvvələr cəmləşdirirlər. Əksər ekspertlərin fikrincə, Nikol Paşinyan hakimiyyəti Ermənistan ordusuna nəzarət edə bilmir və Rusiyaya bağlı olan dairələr vaxtaşırı təxribatlara əl atırlar. Lakin Paşinyanın Azərbaycanla sülh imzalanmaması üçün süni gərginlik yaradıb yeni ağalarından birinin - Fransanın əmrini yerinə yetirdiyini iddia edənlər də var. Paris oyundankənar vəziyyətdə qaldığına görə, Ermənistanın Azərbaycanla sülh sazişi imzalamasını istəmir, çünki bu halda İrəvanın Bakı və Ankara ilə münasibətlərinin normallaşması prosesi başlayacaq. Bakı isə bəyan edir ki, Azərbaycan üçün təxribatın arxasında hansı səbəbin olmasının o qədər də fərqi yoxdur. Ermənistana Nikol Paşinyan cavabdehdir və baş nazir bilməlidir ki, atəşkəsin intensiv pozulmasının onun və ölkəsi üçün ağır nəticəsi olacaq. Paşinyan Fransanın deyil, ölkəsinin maraqlarından çıxış etmədiyi və ordusunda qayda-qanun yaratmadığı halda Azərbaycan Ordusunun növbəti zərbəsi ilə üzləşəcək.
Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az"a deyib ki, Naxçıvan istiqamətində erməni hücumlarının artması açıq-aşkar təxribatdır. Partiya təmsilçisinin sözlərinə görə, 44 günlük müharibədən və antiterror əməliyyatından sonra dəfələrlə yaşanmış hücumlara Ermənistan hakimiyyətinin rəsmi mənfi münasibəti açıqlanıb:

"Paşinyan hökuməti dəfələrlə bu cür hücumların onların iradəsinin əleyhinə olduğunu qeyd edib. Aydın məsələdir ki, bölgədə sülhün olmasını ilk növbədə Rusiya istəmir. Çünki Ermənistanın Qərbdən aldığı dəstək əsasən Rusiya əleyhinədir və Moskvanın maraqlarının bölgədə sıxışdırılmasına yönəlib. Ona görə də Ermənistandakı Rusiya lehinə olan qüvvələrin əli ilə Moskva münaqişəni hansısa formada alovlandırmağa çalışır. Buna qəti getmək olmaz. Əlbəttə, hücumların cavabı qətiyyətlə verilməlidir. Ancaq heç bir halda böyük toqquşmalara gedilməməlidir. Bu və ya digər formada davam edən sülh danışıqlarını sürətlə başa çatdırmağa çalışmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət