
Əş-Şəra hökuməti də Azərbaycanla əlaqələrin qurulmasını istəyir -ŞƏRH
13:42 10.03.2025
Siyasət
432
Azərbaycanın müvəqqəti işlər vəkili Suriya XİN rəhbərinin köməkçisi ilə görüşüb.
APA xəbər verir ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının xarici işlər və mühacirlər nazirinin köməkçisi Əhməd Duxanla görüş keçirib.
Görüşdə humanitar yardım sahəsində mümkün əməkdaşlıq yolları müzakirə edilib.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, Azərbaycan Suriyadakı yeni hakimiyyətlə münasibətlər qurur. Həmçinin burada Türkiyənin də rolu olduqca mühümdür:

"Nəzərə alsaq ki, Türkiyə Suriyada mərkəzi hakimiyyətin qurulmasında və bundan öncə Bəşər Əsəd rejiminin devrilməsində müxalifətə dəstək verdi. Odur ki, qurulan yeni nizamda Əş-Şəra hökuməti də Azərbaycanla əlaqələrin qurulmasını istəyir. Rəsmi Ankara Bakının strateji tərəfdaşı və müttəfiqidir. Hər halda qardaş ölkə ilə bu məsələdə ortaq qənaətdəyik. Azərbaycan-Suriya arasında Əsəd rejimi dövründə heç də yaxşı münasibətlər olmayıb. Hətta Hafiz Əsəd və Bəşər Əsədin zamanında kifayət qədər problemlər mövcud idi. Üstəlik, həmin vaxt Suriya ermənilərə dəstək verirdi. Hətta Ermənistanın terror təşkilatlanı birbaşa mühafizə edib Qarabağ müharibəsi zamanı da döyüşmək üçün Suriyadan yüzlərlə erməni iştirak edib. Bu mənada bizim qarşımızda, hər zaman Azərbaycana qarşı qətnamə layihələrində ön sırada dayanan Əsəd rejiminə qarşı ölkəmizin mövqeyi yaxşı olmayıb. Digər tərəfdən Rəsmi Bakı Suriyanın daxili siyasətinə qarışmır. Həmçinin yeni hökumət qurulandan sonra Azərbaycan da humanitar sahədə təmaslar quraraq Suriyaya lazımi dəstək göstərmək öhdəliyi götürüb. Rəsmi Bakını maraqlandıran əsas məsələ regionda sülhün, əmin-amanlığın qorunması, fərqli regionlarla əməkdaşlığın inkişaf etdirilməsidir".
Politoloqun fikrincə, Azərbaycan-Türkiyə- Suriya üçlüsünün gələcək perspektivdə ortaq enerji siyasətləri ola bilər:
"Necə ki bu gün "İraq-Kürdüstanı" ilə Azərbaycan-Türkiyə arasında münasibətlər yaxşıdır. Gələcəkdə bənzər formada Suriya ilə də əməkdaşlığın inkişafı gözlənilir. Xüsusilə də Suriyanın neft və qaz yataqları genişdir. Çıxarılan mavi qazın Azərbaycanın TANAP layihəsinə qoşularaq buradan Avropa bazarına çıxışı təmin edilə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm