Fransa ilə hərbi əməkdaşlıq gücümüzə güc qatacaq
Turan
08:10 01.08.2019
Siyasət
1014
Azərbaycan yeni və modern hərbi texnikalar almağı planlaşdırır
Məlum olduğu kimi Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer Azərbaycana səfəri çərçivəsində dövlət başçısı İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva və maliyyə naziri Samir Şərifovla görüş keçirib.
Fransalı nazir vurğulayıb ki, Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdaş olub və Paris buna böyük önəm verib:
“Biz həmçinin energetik sferada, bərpa olunan enerji qaynaqları və müdafiə sənayesi sahələri üzrə ikitərəfli əməkdaşlıqda maraqlıyıq”.
Nazir Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiklərini də bəyan edib. Həqiqətən də son dönəmlər Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, xüsusən iqtisadi əlaqələr və ticarət həcmi artmaqdadır.
Mövcud rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir. Fransanın iqtisadiyyat və maliyyə nazirinin Bakıda işlətdiyi ən önəmli cümlə isə budur:
“Rəsmi Paris Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlıdır”. Yəni Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlığa başlamaq barədə qərar verib.
Fransa-Azərbaycan əməkdaşlığı ilə bağlı “Şərq”ə danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Ekspertin sözlərinə görə, Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır:
“Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş “ADEX-2018" beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin iki şirkət Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdilər. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən “Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olundu. Bu sərgi çərçivəsində də hərbi əməkdaşlıq məsələləri müzakirə edildi. Beləliklə, Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir. Azərbaycan bu əməkdaşlığa milyardlarla dollar maliyyə ayırmağa hazırdır. Ölkəmiz bu il Rusiyadan hərbi texnika almayıb. Çünki Fransa və digər bu kimi ölkələrdən yeni və modern hərbi texnikalar almağı planlaşdırır. Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsala başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə, deməli, əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou