Fransa və Rusiyaya ismarıc ! – “...İcazəsiz səfər yolverilməzdir”
Banuçiçək Kalbalıyeva
14:12 08.01.2021
Siyasət
437
Dünən Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə olduqca önəmli məsələlərdən danışıb. Ölkə başçısı bildirib ki, torpaqlarımızda qanunsuz biznes fəaliyyəti göstərən şirkətlər məsuliyyətə cəlb olunacaq: “Onlar bunu bilsinlər və gözləsinlər bu günü. Oraya müxtəlif ölkələrin parlamentlərinin nümayəndələri gedirdilər, indi görüm necə gedirlər. Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz.
Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq”.
Millət vəkili Tahir Kərimli prezidentin bu fikirləri barədə “Sherg.az”a danışarkən sözügedən ismarıcın əhəmiyyətini yüksək qiymətləndirdi:
“Bəziləri elə düşünürdü ki, dövlət belə addımlara göz yumur. Amma dövlət başçısı səsləndirdiyi fikirlərlə məsələyə ən yüksək səviyyədə diqqət göstəriliyini bildirdi.
Biz bu məsələyə laqeyd yanaşmayacağımızı bəyan etdik. Əslində Azərbaycan XİN-i lazımi xəbərdarlığı etmişdi. İndi isə dövlət başçısı səviyyəsində məsələyə toxunuldu.
Bu, Fransaya və digər ölkələrə, o cümlədən Rusiyaya mesaj idi: hər kəs beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmət etməli və bəyanatın şərtlərini tanımalıdır.
Bizdən icazəsiz torpaqlarımıza səfər isə yolverilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya