Fransada həyat dayanıb: İşçilər birləşdi, jandarm küçələrdədir
15:06 18.09.2025
Siyasət
341
Fransada 8 fəhlə təşkilatının təşəbbüsü ilə büdcə ixtisarlarına qarşı genişmiqyaslı etirazlar və tətil başlayıb. Keçmiş Baş nazir Fransua Bayrunun iyul ayında elan etdiyi və yeni Baş nazir Sebastyan Lekornun isə hələlik rədd etmədiyi büdcə layihəsini “misilsiz qəddarlıq” adlandıran həmkarlar ittifaqları bildiriblər ki, keçmiş hökumət bir daha işçiləri, qeyri-sabit işçiləri, təqaüdçüləri və xəstələri qurban verməyi seçib.
"Etirazları yatırmağa təxminən 80 min polis və jandarm səfərbər olunub"
Sherg.az Türkiyənin "www.ntv.com.tr" saytına istinadən xəbər verir ki, etirazlarda 800 mindən çox insanın iştirak edəcəyi, Fransanın hər tərəfində isə təxminən 250 yürüş kortejinin təşkil olunacağı gözlənilir. Həmkarlar ittifaqları əvvəlki hökumətin maliyyə planlarının ləğvini, dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını, zənginlərə daha yüksək vergi tətbiq olunmasını və insanların pensiya almaq üçün daha uzun müddət işləməsini tələb edən dəyişiklikdən imtinanı tələb edirlər. Paris metrosunun bir çox xətti səhər və günortadan sonrakı sıx saatlar istisna olmaqla, günün böyük bir hissəsində fəaliyyətini dayandırıb. Parisdə, eləcə də Rennai, Nant, Tuluz, Dijon, Lion, Montpelye və Bordo şəhərləri hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Parisdə hər böyük etiraz günü olduğu kimi, Yelisey sarayı, Matinyon, Milli Məclis və ya Senat kimi hakimiyyətin simvolik mərkəzləri daha ciddi mühafizə altına alınıb. Fransa mətbuatının məlumatına görə, tətil və etirazlara qarşı hökumətin təhlükəsizlik tədbirləri 10 sentyabrda keçirilən aksiyalardakı ilə eynidir. Yəni təxminən 80 min polis və jandarm səfərbər olunub. Jandarmanın "Centaure" zirehli texnikası və su şırnaqlı maşınları da yerləşdirilib.
"Tələbələr və müəllimlər də tətildə"
Şagirdlər də məktəbləri boykot edir, xüsusən liseylərdə blokada aksiyaları keçirilir. Orta məktəb sektorunun ən böyük həmkarlar ittifaqı "SNES-FSU"nun açıqlamasına görə, orta məktəb və liseylərin 45 faiz işçiləri tətilə çıxıb. "SNES-FSU" bildirib ki, bu, “yeni dərs ilinin başlanğıcındakı şərtlər, maaşların azaldılması və xüsusən 2017-ci ildən tətbiq olunan siyasətlər səbəbindən dövlət məktəblərinə dəyən ziyana qarşı duyulan dərin qəzəbi” əks etdirir. İbtidai məktəblərin ən böyük həmkarlar ittifaqı "SNuipp-FSU "isə məktəblərdə tətil edənlərin sayının üçdə bir olduğunu bildirib. "FRANCE 24" televiziyasının məlumatına görə, Paris ətrafındakı 24 məktəbdən 23-ü bağlıdır. 10 aptekdən təxminən 9-u isə səhiyyə xərclərini azaltmaq məqsədilə, amma peşə tərəfindən “fəlakət” kimi qiymətləndirilən generik dərmanlarda kommersiya endirimlərinin azaldılmasına etiraz olaraq fəaliyyətini dayandırıb. Digər tərəfdən, xalq tətil çərçivəsində İsrailə də etiraz edir. Aksiyaçılar Fransanın cənubundakı Marseldə yerləşən "Eurolinks" silah zavodunu "Soyqırım fabrikasını bağlayın" yazılmış plakatla bloklayıblar. Araşdırma qurumu "Disclose" iyun ayında şirkətin İsrailin "Elbit Systems" şirkətinə avadanlıq verdiyini açıqlamışdı.
"İndi başqa bir yol tapılmalıdır"
"Le Monde" qəzetinə danışan Fransanın ən böyük həmkarlar ittifaqı CGT-nin (Ümumi İş) lideri Sofi Bineyə görə, iki rəsmi tətil gününün ləğvindən imtina ilk qələbədir və bu, həmkarlar ittifaqlarının güclü mövqedə olduğunu təsdiqləyir. Sosialist Partiyasının (PS) baş katibi Olivye For isə "TF1" kanalında açıqlamasında belə deyib: "Fransızlar heç vaxt dinlənilmədiklərini hiss edirlər. Onlar hökumətə qarşı güc balansı yaratmağa çalışırlar və ona belə deyirlər: "Bayru hökuməti yıxıldı, Bayru planı tamamilə ortadan qalxmalıdır və indi başqa bir yol tapılmalıdır".
"Misilsiz dron nəzarəti"
Etirazları izləmək üçün misilsiz sayda dronlardan istifadə olunur. Fransada 2010-cu illərin ortalarından bəri asayişi qorumaq məqsədilə istifadə edilən pilotsuz uçuş aparatları bir neçə illik hüquqi mübahisənin mövzusu olmuş və bu mübahisə 2022-ci il tarixli cinayət məsuliyyəti və daxili təhlükəsizlik qanunu ilə müəyyən edilən “hüquqi çərçivə”nin yaradılması ilə nəticələnmişdi. Jandarma və ya polisin istifadə üçün prefekturaya müraciət etməsi lazımdır. Səs yazısı, üz tanıma və ya fayl müqayisəsi isə qadağandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya