GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasının protokolu qəbul edilib
16:32 22.09.2021
Siyasət
714
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 37-ci iclasında iştirak edib.
"Report" xəbər verir ki, Gürcüstanın sədrliyi ilə keçirilən iclasda GUAM üzv dövlətlərinin xarici işlər nazirləri sədrlik dövründə təsdiq edilmiş əsas prioritetlər, həmçinin siyasi əlaqələr, GUAM tərəfdaşları ilə əlaqələrin intensivləşdirilməsi, GUAM Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparıblar.
Nazirlər üzv ölkələrin ərazi bütövlüklərinə olan hörməti bir daha vurğulayıb və GUAM məkanında həll olunmamış münaqişələrin məhz bu prinsip əsasında həllinin vacibliyini qeyd ediblər.
İclasda çıxış edən nazir Ceyhun Bayramov GUAM-ın regional bir təşkilat olaraq dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platforma olduğunu, əməkdaşlığımızın beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslandığını qeyd edib.
Çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işlərinin sürətlə getdiyini vurğulayıb. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərilməsinin vacib olduğunu söyləyib və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq məqsədilə Ermənistanın üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin mühüm olduğunu vurğulayıb.
İclasın yekununda GUAM XİNŞ 37-ci iclasının protokolu qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya