Gürcüstan hökuməti Prezident Mixeil Kavelaşviliyə Zaza Kandelakinin İsraildəki səfir vəzifəsindən azad edilməsi üçün müraciət edib.
Teleqraf xəbər verir ki, müraciəti Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.
Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib ki, Kandelaki bu vəzifəyə 2024-cü ilin yanvarında o vaxtkı Baş nazir İrakli Qaribaşvilinin tövsiyəsi ilə təyin edilib.
Səfir 2025-ci il dekabrın 20-dən etibarən rotasiya prinsipi əsasında vəzifəsindən vaxtından əvvəl kənarlaşdırılacaq.