Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü Doha Forumu çərçivəsində Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyə XİN başçısı görüş zamanı Türkiyənin Suriyada sabitlik, təhlükəsizlik və rifahın təmin edilməsinə yönələn səyləri dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub, həmçinin 10 Mart razılaşmasının icrası ilə bağlı son durum nəzərdən keçirilib.